Menu
Geri İrəli

İmişlidə insanlığa yaraşmayan hərəkət: Ətrafdakılar gülərək tamaşa edir – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2017 • Baxış sayı: 484 dəfə • Şərh yoxdur
Share Button

imisliİmişlidə insanlığa yaraşmayan hadisə baş verib. Bir qrup şəxs inəyi buynuzundan ekskavatorun çömçəsinə bağlayaraq su kanalına salıblar. Sürücü və onun yanındakı şəxs dilsiz heyvana əzab verərək onu suda o tərəf bu tərəfə fırladıb, bu mənzərəyə baxaraq qəh qəhə çəkib gülüblər. Həmin şəxslər, çirkin əməllərini mobil telefonla da çəkiblər.

İnəyi buynuzlarından ekskavatorun çömçəsinə bağlayaraq su kanalına salıb-çıxarır.

Özü və ətrafdakılar isə heyvanın əzab çəkməsinə gülərək tamaşa edir.

Görüntüləri ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərən şəxs bildirib ki, insanlığa yaraşmayan hərəkətlər İmişlinin Çahar kəndində lentə alınıb.

Sanki etdiyi hərəkətdən həzz alan sürücü və onun yanındakı şəxs, dilsiz heyvana əzab verərək onu suda o tərəf bu tərəfə fırladır. Ayağı ilə çabalayan heyvan sanki onlardan imdad diləyir. Heyvanın əzab çəkdiyini görsələr də bundan həzz alırmış kimi sürücü və yanındakılar qəhqəhə çəkər gülürlər.

Bu hal təxminən 10-15 dəqiqə davam edir. Sonda onlar ekskavatorun çömçəsinə bağlanmış inəyi kənara sürüyərək açıb sərbəst buraxıblar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın