Menu
Geri İrəli

“Kolada SPİD var” mesajını bu məşhurun oğlu yayıb: sirr açıldı – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2017 • Baxış sayı: 2,438 dəfə • Şərh yoxdur
Share Button

rafael-oglu1Aktyor Rəfael İsgəndərovun oğlu Votsapda yayılan və əhali arasında narahatlıq yaradan “Kola içkisinə SPİD virusunun düşməsi”ni bildirən səs yazısı ilə bağlı açıqlama verib.

Bu barədə Kult.az-a danışan R.İsgəndərovun oğlu Fuad İsgəndərov qeyd edib ki, sözügedən səs yazısını o, İnstaqram səhifəsində zarafat məqsədilə dostları arasında paylaşıb. O bildirib ki, dostları arasında zarafat məqsədilə yaydığı səs yazısında “Koka-Kola” şirkətinin adını çəkmir:

“Mən çəkdiyim videoda “kola” sözünü işlətmişəm. Dünyada onlarca “kola” adlı içki növü var. Bilməzdim ki, bu zarafat belə sürətlə yayılacaq və hamı bundan danışacaq”.

Qeyd edək ki, aktyorun elə aktyor bacarığına görə heç də özündən geri qalmayan oğlu F.İsgəndərov sözügedən səs yazısını yazarkən çəkdiyi videonu redaksiyamıza göndərib.

Sözügedən videosunu təqdim edirik:

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın