Menu
Geri İrəli

Kompüter arxasında çalışanları gözləyən TƏHLÜKƏ: necə qorunmalı? – MÜTƏXƏSSİS YAZIR

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2016 • Baxış sayı: 339 dəfə • Şərh yoxdur

bc391e08c0f3903fd6eb3318c97c77b9_beb82b9bf204f3d129e93a8d1fb5f2b4Aile.lent.az uzman oftalmoloq Fariz Sadıqovun məqaləsini təqdim edir.


Hazırda kompüterlər həyatımızın bir çox sahələrində istifadə olunur. Bir çox peşələri hətta kompütersiz təsəvvür etmək mümkün deyil. Bəli, kompüterlər işimizi, həyatımızı xeyli asanlaşdırıb. Lakin bu, bizim sağlamlığımızın hesabına baş verir.
Kompüterdə uzun müddət ərzində işləyən insanların bir çox orqan və sistemlərinə ciddi ziyan vurulur.


1. Belə ki, kompüterdə işləyən insan uzun müddət ərzində hərəkətsiz oturmağa məcbur olur. Bu isə onurğa sütununda müxtəlif ağır və geriyə dönməz dəyişikliklərə səbəb olur. Osteoxondroz (xüsusilə boyun osteoxondrozu), onurğa sütunu yırtıqları belə insanlarda kompüterdə işləməyən insanlarla müqayisədə daha tez-tez müşahidə olunur.
Bundan əlavə uzun müddət ərzində oturan insanda bədənin aşağı hissəsində qan durğunluğu yaranır. Bu isə toxumaların qidalanmasında pozulmalara səbəb olur, damarların divarlarını zədələyir. Nəticədə bu qrup insanlarda kişi və qadın cinsiyyət sistemi pozulmalarının, babasilin inkişafı riski olduqca çoxalır. Kişilərdə bu, prostatitin inkişafına təkan verir.


2. Kompüterdə uzun müddət ərzində işləyən insanların gözləri daim gərginliyə məruz qalır. Bütün dünya oftalmoloqları etiraf edir ki, uzun müddət ərzində kompüterdə işləyən insanlarda müxtəlif görmə pozulmaları yaranır. Xüsusilə bu, görmə problemləri olan insanlar üçün çox təhlükəlidir. Belə ki, miopiyadan (yaxınıgörmə) əziyyət çəkən insan uzun müddət ərzində kompüterdə işləyərsə, onun görməsi daha da zəifləyəcək. Qlaukoma kimi ağır və korluqla nəticələnə bilən xəstəliyin inkişaf riski kompüterdə uzun müddət ərzində işləyən insanlarda xeyli yüksəkdir.

Oftalmologiyada hətta bir neçə yeni termin əmələ gəlib. Məsələn, “monitor xəstəliyi”. “Monitor xəstəliyi” zamanı gözün akkomodasiya qabiliyyəti (gözün müxtəlif məsafələrdə olan şeyləri aydın görməyə uyğunlaşma) pozulur. Müxtəlif məsafələrə (yaxın, uzaq) baxdıqda göz bülluru öz əyriliyini dəyişir. Bu, normal fizioloji prosesdir və bu prosesə xüsusi kiçik əzələlər cavabdehdir. Lakin əgər insan uzun müddət ərzində eyni yerə (monitora) baxırsa, bu əzələlərin fəaliyyətində pozulmalar yaranır. Məhz bu səbəbdən kompüterdə bir neçə saat işlədikdən sonra insan hiss edir ki, uzağa baxdıqda çox dumanlı və pis görür. Belə hal daim təkrarlandıqda görmə zəifləyə bilər.

Daha bir yeni termin “quru göz sindromu”. Normada insan 1 dəqiqə ərzində təxminən 20 dəfə göz qırpır. Bu zaman gözün buynuzlu qişası göz yaşı mayesi ilə daim nəmlənir və təmizlənir.
Kompüterdə işləyən insan 3 dəfə az göz qırpır, nəticədə buynuzlu qişa quruyur və bu, müxtəlif pozulmalara səbəb olur. Gözlər yanmağa başlayır, qaşınır, qızarır, qözlərin kənarlarında olan damar toru daha aydın görünməyə başlayır. Vaxt keçdikcə bu simptomlar, hətta kompüterdə işləmədikdə də yox olmur və daha gözəçarpan olur.
Göz yaşı antiseptik xüsusiyyətlərinə malikdir, gözə havadan və s. düşən müxtəlif infeksiyaları və mikrobları zərərsizləşdirir. İnsan daha gec-gec göz qırpdıqda bu, gözdə infeksiya riskini artırır.


3. Uzun müddət ərzində kompüterdə işləyən insanda barmaqlar və əllərin oynaqları və əzələləri, bazu önü əzələləri daim güclü gərginliklərə məruz qalır ki, nəticəsdə bu hissələrdə tez-tez təkrarlanan ağrılar, qıcolmalar olur. Belə ağrılar hətta insanı yuxuda narahat edir, oyanmağa vadar edir.

4. Kompüterdə işləyən insanların əksəriyyəti gün ərzində çoxlu müxtəlif məlumatlarla işləyir, onları analiz edir, müxtəlif məsələləri həll edirlər. Bütün bunlar insanın sinir sistemini daim gərgin vəziyyətdə saxlayır. Bu isə xroniki streslərə, xroniki yorğunluq sindromuna səbəb olur.


Uzun müddət ərzində kompüterdə işləyən insanlarda güclü və tez-tez təkrarlanan baş ağrıları, qulaqlarda küy, başgicəllənməsi, ürəkbulanması kimi simptomlar yaranır.
Kompüterdə uzun müddət ərzində işləyən insanlarda spesifik psixiki pozulma olan “kompüter asılılığı” yarana bilər.

5. Uzun müddət ərzində kompüterdə işləyən insanlarda azhərəkətlilik və xroniki streslər ürək-damar sistemi pozulmaları, şəkərli diabet riskini artırır. Həzm sistemində də müəyyən pozulmalar yaranır – qəbizlik və s.


Təbii ki, kompüterlərdən tam imtina etmək mümkün deyil. Lakin onların bizim orqanizmimizə olan mənfi təsirini azaltmaq mümkündür.


- Bunun üçün işinizdə hər 30 dəqiqədən bir bir neçə dəqiqəlik fasilə edin, ayağa qalxın, gəzişin.
- Hər 20-30 dəqiqədən bir gözlərinizi monitordan çəkib uzağa (pəncərədən çölə və s.) baxın.
- Kompüterdə oyunlar oynamayın, internetdən lazım olandan artıq istifadə etməyin.
- Mətnləri mümkün qədər monitorda yox, kağızda oxuyun (çap edin və oxuyun).
- Kompüterdə hər hansı sizdən asılı olmayan proses getdikdə, monitora baxmayın. Telefonla danışdıqda, fikirləşdikdə monitora yox, uzağa baxın.
- Monitor göz səviyyəsindən bir qədər aşağıda yerləşməlidir.
- Daha tez-tez açıq havada olun, sağlam qidalanın, idmanla məşğul olun, kifayət qədər yatın və dincəlin.

Mərkəzi uşaq kitabxanasında torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman soydaşlarımızın həyat və döyüş yolunun təbliği  məqsədilə yanvar ayında anadan olmuş Milli Qəhrəmanlardan Mehdi Abbasovun, Mətləb Quliyevin, Rövşən Abdullayevin, Fəxrəddin Şahbazovun əziz xatirəsinə həsr edilmiş “Vətən deyən oğullar” adlı xatirə günü keçirilib. Tədbir Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra oxuculara Milli Qəhrəmanlardan Mehdi Abbasovun, Mətləb Quliyevin, Rövşən Abdullayevin, Fəxrəddin Şahbazovun həyat və döyüş yolu haqqında məlumat verilib, videoçarx  izlənilib, oxucuların ifasında vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər dinlənilib.

Tədbirdə kitabxananın multmedia mütəxəssisi Leyla Məmmədli çıxış edərək oxuculara tariximizə, qəhrəmanlarımıza qarşı unutqan olmamağı tövsiyə edib,  vətənə, bayrağa sevgi, məğrurluq, əzmkarlıq, cəsarət hissinin önəmli olduğunu vurğulayıb.

 Sonda kitabxanaçı Qənimə Baxışova  “Qəhrəmanlıq zirvəsinə ucalanlar” adlı sərgidə nümayiş etdirilən kitablar haqqında xülasə verdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın