Menu
Geri İrəli

Konstitusiyaya mühüm dəyişiklik: İşsiz qalmayacaqsınız!

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyul 2016 • Baxış sayı: 401 dəfə • Şərh yoxdur

Yoxlama3mayXəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb.

Cəmiyyətdə müsbət qarşılanan Referendum Aktı layihəsində bir sıra mühüm əhəmiyyət kəsb edən, proqressiv dəşikliklər yer alıb. Layihədə insan hüquqlarını gücləndirən, iqtisadi islahatlara dəstək verən təkliflər üstünlük təşkil edir.

Konstitusiyanın 36-cı maddəsinə təklif olunan dəyişiklik əmək müqaviləsi əsasında işləyənlərin hüquqlarının müdafiəsinə yönəlib. Maddəyə edilən dəyişikliklərlə konstitusiyaya lokaut anlayışı daxil olacaq. Bu isə birbaşa işçilərin hüquqlarının qorunmasına xidmət edir.

Bununla da əmək müqaviləsi əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və mülki şəxslər tətil edə bilməzlər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır.

Kontitusiyanın 36-cı maddəsinə edilən dəyişiklikləri AzVision.az-a şərh edən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, konstitusion səvviyədə lokautun qadağan olunması işçi hüquqlarının qorunmasına xidmət edir.

S.Məmmədov qeyd edib ki, edilən dəyişiklikdən sonra işəgötürən lokaut hüququndan özbaşına istifadə edə bilməz. “Əmək Məcəlləsində işçilərin tətil, işə götürənlərin isə lokaut hüququ var. Əgər işə götürən hesab edirsə ki, ona qarşı olan tətil əsassızdır və bu istehsal prosesini dayandırır, ona ciddi ziyan vurur, bu zaman o lokaut elan edərək müəssisəni müvəqqəti bağlaya bilər. Gətirilən məhdudiyyət ondan ibarətdir ki, işəgötürən lokaut hüququndan özbaşına istifadə edə bilməz. Yəni, konstitusiyaya edilən dəyişiklik müəyyənləşdirir ki, Əmək Məcəlləsinə əsasən işəgötürən hansı hallarda lokaut elan edə bilər.

Konstitusion səvviyədə lokautun qadağan olunması işçi hüquqlarının qorunmasına xidmət edir. Yəni, müəssisə rəhbəri işçilərə təzyiq məqsədilə oranı bağlaya bilməz. Tətil zamanı işəgötürən lokaut hüququndan yalnız qanunla müəyyən olunmuş hallarda istifadə edə bilər. Özbaşına lokaut elan etmək mümkün olmayacaq.

Amma, qanun müəyyən etdiyi hallarda işəgötürənin lokaut hüququ qalır. Haradak tətil hüququ var, orada lokaut hüququ olmalıdır. Əmək Məcəlləsində işəgötürənin lokaut hüququ təsbit olunub. Orada qanunla tənzimlənir ki, işəgötürən hansı hallarda lokautdan istifadə edə bilər. İndi konstitusiyaya edilən dəyişiklikdə göstərilir ki, Əmək Məcəlləsində göstərilən hallardan başqa lokaut elan oluna bilməz. Bu insanların əmək hüquqlarını qoruyan çox böyük addımdır”-deyə Sahib Məmmədov Konstitusiyaya təklif edilən dəyişikliyi dəyərləndirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın