Menu
Geri İrəli

“Mənim Sumqayıtım” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb -FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2017 • Baxış sayı: 760 dəfə • Şərh yoxdur

1486189383_7“Azərikimya” İstehsalat Birliyini tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə məktəblilər və tələbələr arasında elan edilmiş “Mənim Sumqayıtım” adlı rəsm müsabiqəsinin qliblərinin mükafatlandırma mərasimi keçirilib.

 Elan dərc olunandan sonrakı ay yarım ərzində müsabiqəyə Sumqayıt, o cümlədən Hacı Zeynalabdin, Corat, Saray qəsəbələrində yerləşən orta məktəblərin şagirdlərinin, respublikamızdakı ali məktəblərin nəzdində fəaliyyət göstərən liseylərin tələbələri tərəfindən 150 iş daxil olub.

 Təqdim olunan əl işləri Azərbaycan Rəssamlar İttifaqının üzvləri – Mikayıl Abdullayev, Elxan Ağayev, İntiqam Ağayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova, AzərTAc-ın xüsusi müxbiri Ətrabə Rzayeva, “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və İdarəetmə aparatının Sosial-inkişaf şöbəsinin müdiri Fikrət Əliyevin təmsil olunduğu münsiflər heyəti tərəfindən diqqətlə araşdırılıb və ilkin mərhələdə 30 şagirdin əl işi seçilib.

Növbəti mərhələdə 30 əl işinin içərisindən fəxri yerlərin sahibləri seçilib, münsiflər heyətinin ümumi rəyi ilə I yerə Sumqayıt şəhər Uşaq və yeniyetmələrin Yaradışılıq Mərkəzinin üzvü Lalə Orucova, II yerə isə Sumqayıt şəhər 33 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Nəzrin Həsənova layiq görülüb. İki III yerin sahibləri isə Sumqayıt şəhər 27 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Şəms Abdullayeva və 14 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Abdulşah Məmmədov olub.

Bunlardan başqa 1 əl işi də Sumqayıtın Tarixi Muzeyi tərəfindən bəyənilib və muzeyin diplomuna layiq görülüb.

“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və münsiflər heyətinin üzvləri müsabiqənin qaliblərinə diplomları və pul mükafatlarını təqdim edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın