Menu
Geri İrəli

Mətbuat katibi yenə Şaxta baba olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Dekabr 2016 • Baxış sayı: 316 dəfə • Şərh yoxdur

nesimsaxta20161226Ötən il olduğu kimi bu il də, dekabrın 28-də “28 May” metro stansiyasında Şaxta baba və Qar qız sərnişinləri təbrik edəcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O bildirib ki, bu il də Şaxta baba və Qar qız metronun stansiyalarında sərnişinlərlə görüşəcək, metronun kiçik sərnişinləri olan uşaqlara müxtəlif hədiyyələr bəxş edəcək, sərnişinlərin şikayət və təkliflərini dinləyəcəklər.
N.Paşayev qeyd edib ki, sosial aksiya dekabrın 29-da da keçiriləcək. Əsas məqsəd insanları təbrik etmək, onlara xoş əhvali-ruhiyyə yaratmaqdır. Artıq “Elmlər Akademiyası”, “Memar Əcəmi”, “Koroğlu”, “İçərişəhər” və “28 May” metro stansiyalarında böyük yolkalar qurulub.

Maraqlı məqam odur ki, Şaxta babanın ötən il olduğu kimi bu il də “Bakı Mertopoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev olacağı deyilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın