Menu
Geri İrəli

Millət vəkilinin oğlu maşınla adam vurub

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2017 • Baxış sayı: 303 dəfə • Şərh yoxdur
Share Button

qeza_05412Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

sumqayitxeber.com  report-a istinadən xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu “Jeep” markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Tibb Universitetinin qarşısında baş verən hadisə zamanı piyada ağır xəsarət alıb. O, sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.

Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın