Menu
Geri İrəli

MTN generallarının təqdimatı göndərildi – Baş Prokurorluğa

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2015 • Baxış sayı: 229 dəfə • Şərh yoxdur

akif

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərilib.

Müddət əvvəl vəzifələrindən azad edilərək sərəncama götürülmüş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib.

***

Görülən bu tədbirləri artıq Akif Çovdarovun həbsinə hazırlıq kimi qiymətləndirmək olar. Belə ki, MTN cinayətlərində, iş adamlarının soyulmasında və sıxışdırılmasında əsas icraçı general-mayor Çovdarov olub. Sahibkarlar tərəfindən Prezident Adminstrasiyasına və Baş Prokurorluğa edilən şikayətlərin əsasında da məhz onun adı keçir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın