Menu
Geri İrəli

Müğənninin atasının məhkəməsi: arvadını və baldızı qızını vəhşicəsinə öldürüb

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2017 • Baxış sayı: 298 dəfə • Şərh yoxdur
Share Button

a5c70bba81acQətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. O, “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası 55 yaşlı Hüseynov Qurban İsmayıl oğludur.

Qurban Hüseynov arvadını və baldızı qızını qətlə yetirməkdə təqsirli bilinir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə mərhumun hüquqi varisi kimi oğlu İsmayıl Hüseynov da iştirak edib.

Məhkəmənin baxış iclası sentyabrın 11-nə təyin edilib.

Bildirək ki, dəhşətli qətl hadisəsi Abşeron rayonu Saray qəsəbəsində baş verib.

Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib.

Q.Hüseynov evdə olan baldızı 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olmuşdu.

Məlum olub ki, Q.Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

İlkin Muradov
Musavat.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın