Menu
Geri İrəli

NAXÇIVAN ƏMANƏTİ, A MİLLƏT, A TARİXÇİLƏR!

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2016 • Baxış sayı: 321 dəfə • Şərh yoxdur

xeriteBəzi tarixçilərimiz və bütünlükdə əksəriyyətimiz hələ də “yatmışıq”, qəflət (“qafil” sözündəndir – dünyadan xəbəri olmayan!) yuxusundayıq – çox ləng və vecsiz işləyirik. Ermənilər dayanmadan bütün ideoloji cəbhə boyu təbliğatlarını daha da gücləndirirlər, biz isə onların ideoloji “top atəşinə” hərdən-bir, o da yalnız “dayan, doldurum”la cavab veririk.  Görəsən, bir qisim tarixçilərimiz “kandidatski”, “doktorski” arxasınca qaçarkən niyə hərdən-bir dayanıb Naxçıvan haqqında əsl həqiqəti bütün sferalarda – elmi-tarixi araşdırmalarda, ensiklopediyalarda, internetdə və s. ermənilərin gözünə (az qala bir hərfi dəyişik salıb demişdim haaa!..) niyə soxmurlar ki, onlar da tarix meydanında bu dərəcədə at oynadır, azğınlıq edirlər?       

Bilirəm, bizim ideoloji cəbhədə bir az zəif olmağımız tarixçilərimizin bir çoxunun rus dilini mükəmməl bilməməsindən, buna görə də “utanıb” meydana girməməsindən irəli gəlir. Vətənpərvər, lakin uzağı yaxşı görə bilməyən bir ölkə prezidentinin rus dilinə ögey, yanlış münasibətinin nəticəsidir ki, erməni dığalarının ortalığa rusca atdıqları tarixi “dəlillərə” tutarlı, həm də operativ cavab verə bilən gənc tarixçilərimiz bu gün çox azdır. Yaxşı ki, heç olmasa AzərTAC-ın, “Vesti.az”, “1news.az”, “İnterfax.az” və digər saytların Qarabağ tarixini, hiyləgər erməni naturasını, ümumiyyətlə siyasəti yaxşı bilən çox istedadlı, güclü əməkdaşları var və onlar erməni opponentlərin cavabını çox sərt və professionallıqla verə bilirlər. Yoxsa, bəzi tarixçilərimizə qalsa… Onların bəsit “elmi mülahizələri”, söz-söhbətləri çayxana hüdudlarından o yana da keçə bilmir.

…Məlumdur ki, daşnaklar Qarabağ və Gəncə ilə yanaşı Naxçıvanı da hər zaman qədim erməni məskəni hesab etmişlər və bu həyasız iddiada da davam edirlər. Onlar ağlagəlməz uydurmaları rus və dünya oxucusuna inkaredilməz həqiqət kimi təqdim etməyi bacarırlar, biz isə heç danılmaz həqiqəti belə dünya ictimaiyyətinə həqiqət kimi tanıda bilmirik.

Ermənilər iddia edir ki, Naxçıvan qədim erməni şəhəri olub və orda vaxtilə guya 800 erməni kilsəsi var imiş. Axı, niyə bizimkilər onların ağzını yummur ki, “ay şərəfsiz daşnaklar, eramızdan çox-çox əvvəl kiçik bir yaşayış məskəni olan Naxçıvanda heç 800 erməni var idi ki, hərəsi özünə bir kilsə də tikmiş olsun?”

Məşhur türk səyahətçisi Evliya Çələbi (1611–1682) məşhur  “Səyahətnamə” adlı əsərində yazırdı ki, 1648-ci ildə Naxçıvanda 70 böyük məscid və ibadətgah yeri, 40-a qədər məhəllə məscidləri, 20 qonaq evi var idi. Əksəriyyətin müsəlman-azərbaycanlı olduğu bir şəhərdə 17-ci əsrin ortalarında cəmi 110 məscid olduğu halda eramızdan 1300-1400 il əvvəl 5-10 qotur, nökər-qulluqçu erməninin də hardansa gəlib düşdüyü Naxçıvanda 800 kilsə necə ola bilərdi?

Hətta rus mənbələri də göstərir ki, o qədər də uzaq olmayan 1896-cı ildə (ermənilərin guya 800 kilsəsinin olduğu  vaxtdan hətta 3000 il sonra!) Naxçıvanın əhalisi cəmi 7433 nəfər idi ki, onların da 4512 nəfəri azərbaycanlı, 2376-sı erməni (sayının azərbaycanlılara nisbətən ikiqat az olmasına baxmayaraq, rus mənbəyi “öz itləri”nin adını siyahıda 1-ci, bizi isə 2-ci  veriblər. “İt itin ayağını basmaz”) və cəmi… 52 rus yaşayırdı.  Yenə də ardıcıllığı rus-erməni xeyrinə davam etdirərək, mənbə bildirir ki, şəhərdə 1 pravoslav, 3 erməni-qriqorian kilsəsi və guya yalnız 3 məscid var idi (yalançının atasına lənət!). Çünki gördükləri yox, görmək istədikləri  bu olub, odur ki bilərəkdən məscidlərin sayını 20-30 dəfə azaldıblar.

Ancaq çox yaxşı ki, 1905-ci ildə Naxçıvanda olmuş italyan tarixçi-səyyahı Luidji Villari özünün Cənubi Qafqaza səyahət kitabında bildirir ki, “həmin dövrdə azərbaycanlılar ermənilərə nisbətən daha təminatlı, həm də böyük torpaq sahələrinə malik idilər. Ermənilərin çoxu isə azərbaycanlıların malikanələrində kəndli kimi işləyirdilər” (“…в Нахичевани татары (азербайджанцы) более обеспечены, чем сами армяне и владеют почти всей землей. Большая часть армян, в качестве крестьян, работает на их владениях).

 

210 il əvvəl Naxçıvandan uzaqlarda yaradılan “dubl-Naxçıvan”

 Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvandan əllərinin üzüldüklərini görən ermənilər onu Azərbaycan şəhəri kimi digər xalqların nəzərində gözdən salmaq üçün, görün, hansı vasitələrə əl atırlar. İndi onlar turizm sahəsinə də burunlarını soxaraq, “tourweek” turizm saytında (http://tourweek.ru/countries/azerbaijan/regions/nakhchivan/) Naxçıvanın turizm baxımından əhəmiyyətsiz, maraqsız olduğunu iddia edərək, xariciləri Naxçıvana turist səfərinə gəlmək fikrindən açıq-aşkar daşındırmağa çalışırlar:

Нахичевань – небольшой город в Азербайджане, расположенный в Нахичеванской Автономной Республике, отрезанной от основной территории страны территорией Армении (? – R.O.). Каких-то особо уникальных достопримечательностей, ради которых стоит пролететь пару тысяч километров, чтобы очутиться в Нахичеване, вы здесь вряд ли найдёте. Редкие иностранные туристы обычно посещают Ханский дворец, несколько древних мавзолеев и гробниц. Сам город в архитектурном плане ничего интересного собой не представляет – обычные обезличенные дома-коробки, обложенные плиткой и стеклом либо обшитые сайдингом. В центре всё «причёсанное» и облагороженное, на окраинах – попроще”.

Nə vaxtsa kiçik bir erməni sürüsünün də yaşadığı Naxçıvanı hələ də unutmayan daşnaklar 1779-cu ildə Rostov vilayətində “dadı damaqlarında qalmış” Naxçıvanın adına yeni şəhərin əsasını qoymuşlar. (Ruslar “Vikipediya”da göstərirlər ki, “город был основан армянами, переселёнными из Крыма по указу Екатерины II от 14 ноября 1779 года. С 1928 года город Нахичевань-на-Дону стал Пролетарским районом города Ростова-на-Дону[1].) Görəsən, guya Krımdan köçürülən bu it uşağının başına ad qəhət idi ki, onu məhz Naxçıvan adlandırıblar? Bu, erməni hiyləgərliyi ilə düşünülmüş, gələcək planlara hesablanmış bir addım idi.

Təsadüfi deyil ki, əsası qoyulduqdan cəmi 3 il sonra ordakı “Naxçıvan”da olmuş bir rus alimi o vaxt artıq 20 min erməninin doluşduğu o yeri “erməni Naxçıvanı” adlandırmışdı («ездили мы смотреть вышеупомянутый армянской город Нахачевань»). Və  o “bədbəxti” kim və necə inandıra bilərdi ki, əsl Naxçıvan Azərbaycan şəhəridir və onun yaşı 3500 ildən də çoxdur. Bax, ermənilər məhz buna nail olmaq istəyirdilər və oldular da.

Rostovda özlərinə yer eləyən kimi, yenidən ağlaşma quraraq, Yekaterinadan daha bir-neçə krım-tatar kəndlərini  – Çaldır, Krım, Sultan Sali, Böyük Sali və digər kəndləri də ələ keçirən, özlərini “don erməniləri”, “naxçıvanlılar” adlandıran ermənilər bir il ərzində tələm-tələsik böyük bir ibadətgah,  sonralar isə daha 6 erməni kilsəsi yaradıblar. 1900-cü ildə onlar öz teatr binalarını da tikiblər.

1928-ci ildə  ermənilərin Naxşıvanının adı şəhər kimi ləğv olunaraq,  Rostov-Don şəhərinin tərkibinə verilsə də, ora hələ də qeyri-rəsmi olaraq Naxçıvan adlanır və hətta onun erməni şəhəri kimi təbliği, Naxçıvan adlı qədim şəhərin Azərbaycana məxsus olduğunu yaddaşlardan silmək məqsədilə çox güclü təbliğat vasitəsindən də istifadə edilir – rus dilində “Нахичевань на-Дону” adlı qəzet nəşr olunur ki, o da bütün Rostov vilayətində yayılır. Belə olduğu halda rostovluları və onların digər Rusia şəhərlərində yaşayan qohumlarını, dost-tanışlarını necə inandırmaq olar ki, Naxçıvan qədim Azərbaycan şəhəridir və onun ermənilərə heç bir aidiyyəti yoxdur…

Dağlıq Qarabağda Naxçıvanik adlı bir erməni qəsəbəsinin də olduğu təsadüfi deyil. Daşnaklar bütün vasitələrlə böyüməkdə olan dığalarının beyninə həkk eləmək istəyirlər ki, qədim Naxçıvan erməni şəhəridir və onlar gələcəkdə bunu heç vaxt unutmasınlar – Şuşa kimi onu da ələ keçirmək üçün.

Daşnak ideoloji diversiyası davam edir – hədəfdə Bakıdır

 Bu gün təsadüfən rast gəldiyim bir xəbərdə Bakuriani adlı bir yerə də Bakıdan avtobus marşrutunun açılığı göstərilirdi. Necə deyərlər – “dalağım sancdı”. Bakuriani haradır və ermənilərlə bağlı deyil ki? İnternetdə axtardım. O qəsəbənin Gürcüstanda olması da məni arxayın salmadı. Bilirəm ki, gürcülər sadəcə öz qürurlarına sığışdırıb, hansısa yaşayış məntəqəsini Azərbaycan paytaxtının adı ilə bağlamazlar. Bir az da “irəli gedəndə” məlum oldu ki, bu şəhər tipli qəsəbə Gürcüstanın Cavaxetiya bölgəsindədir. Və hər şey aydın oldu. Neçə illərdir ki, Cavaxetiyaya iddialı olan, dəfələrlə orda təxribatlar, iğtişaşlar törədən ermənilər gürcülərin onlara qarşı liberal olmasından istifadə edərək, cəmi 2500 nəfər əhalisi olan kiçik bir qəsəbənin adını gürcü manerasında Bakuriani adlandırıblar ki, onlardan şübhələnməsinlər. Guya bunun ermənilərə heç bir dəxli yoxdur, gürcülərin işidir.

…Biz həmişə “gedən qatarın” dalınca qaçırıq və, təbii ki, heç zaman da çatmırıq. Bəlkə, hamılıqla “papaqlarımızı” qabağımıza qoyub, bir əməlli-başlı fikirləşək – necə etməli ki, ermənilərin dalınca və onların qabağından qaçmayaq, onlardan irəlidə olaq? Ola bilməz ki, bu 10 milyonluq xalq fikirləşib, bir şey tapmasın. Ola bilərmi? Gəlin ətraflı və dərindən düşünək və bəlkə  “olmadı elə, oldu belə” – birdən ağlımıza bir ağıllı fikir gəldi! Erməninin “atasını yandıran” bir fikir! Axı, nə vaxta qədər erməni qovacaq, biz isə qaçacağıq?..

Rəhman ORXAN, sumqayitxeber.com

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın