Menu
Geri İrəli

Neft 37 dollar oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2016 • Baxış sayı: 289 dəfə • Şərh yoxdur

Dünya birjalarında neftin qiymətində bahalaşma davam edib. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir bareli  37.00 dollara qalxıb.

“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. Ötən səhər 33.96 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 34.68 dollar müəyyən olunub.

Ötən gün “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,21 dollar ucuzlaşaraq 36,78 dollar təşkil edib.

Dünya bazarında 03.03.16 tarixində neftin qiyməti

Dünya bazarında 03.03.16 tarixində neftin qiyməti

Əlvan metalların qiymətində də cüzi ucuzlaşma müşahidə edilib. “Bloomberg”in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,84 dollar olub. Platinin 1 qramı 29.93 dollar, palladiumun 1 qramı isə 16.50 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.48 dollar müəyyənləşib.

Dünya bazarında 03.03.16 tarixində əlvan metalların qiyməti

Dünya bazarında 03.03.16 tarixində əlvan metalların qiyməti

AMB-dən verilən məlumata görə, 01.03.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5764 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7117 manat, Rusiya rublu isə bahalaşaraq 0.0215 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.2005 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5365 AZN dəyərində müəyyənləşib.

Valyutanın məzənnəsi

Valyutanın məzənnəsi

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 02.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5843 səviyyəsində müəyyən olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın