Menu
Geri İrəli

Niyaməddin Paşayev: “Digər idmançılarımızdan da mükafatlar gözləyirik”

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2015 • Baxış sayı: 389 dəfə • Şərh yoxdur

niyameddin“Ayxan Tağızadənin yarışda görüşəcəyi rəqibləri biz artıq bilirdik. Buna uyğun hazırlaşmışdıq, taktika seçmişdik”. APA TV-nin məlumatına görə, bu açıqlamanı Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev verib.

Taekvondoçumuz Ayxan Tağızadənin 68 kq çəki dərəcəsində qızıl medal qazanmasını dəyərləndirən federasiya rəsmisi digər idmançılarımızdan da mükafat gözlədiklərini bildirib.

“I Avropa Oyunlarında bürünc medal əldə edən Patimat Abakarova da qızıl medal qazana bilərdi. Əslində, biz Patimatdan da qızıl medal gözləyirdik. Amma o, bürünc medal qazana bildi. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova təşəkkür edirik. İyunun 18-də tatamiyə çıxacaq iki taekvondoçumuzdan da yüksək nəticə gözləyirik. Güman edirik ki, ümidlərimiz özünü doğruldacaq”.

Qeyd edək ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə finalda Polşa təmsilçisi Karol Robakı məğlub edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın