Menu
Geri İrəli

Növbəti güzəştli mənzillər harada tikiləcək? – Rəsmi açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Aprel 2017 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur

EV-BINAYaxın zamanlarda Hövsan qəsəbəsində sosial mənzil layihəsi üzrə baş planın hazırlanması başa çatacaq.

SUMQAYİTXEBER.COM  Trend-ə istinadən bildirir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

Onun sözlərinə görə, baş planın təsdiq olunmasından sonra layihə-smeta sənədləşməsinə hazırlıq başlayacaq.

Hövsan qəsəbəsində sosial mənzillərin tikintisi üçün 20 hektar ərazi ayrılıb. Ümumilikdə, 3 min mənzilin tikilməsi planlaşdırılır: “Biz, həmçinin məktəblər və uşaq bağçalarının layihələşdirilməsinə başlamağı planlaşdırırıq”.

S.Nuriyev qeyd edib ki, bundan başqa, sosial mənzil əldə etmək istəyən şəxslərin qeydiyyat sisteminin yaradılması üçün iş aparılır. Qeydiyyat prosesi bu il mayın 1-dən başlayacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın