Menu
Geri İrəli

OPEK: Azərbaycanda neft hasilatı sabit qalacaq

Müəllif: Sumqayitxeber.com • Tarix: 11 Avqust 2015 • Baxış sayı: 266 dəfə • Şərh yoxdur

neftTəşkilat yeni məruzə dərc edib.

OPEK 2015-ci il üçün dünyanın neft tələbatının iyul ayının dəyərləndirmələrinə nisbətən sutkada 90 min barelə qədər artacağını proqnozlaşdırıb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə təşkilatın avqust məruzəsində deyilir.

İndi OPEK neftin dünya tələbatının 2015-ci ildə sutkada 92,7 milyon barel olacağını gözləyir, bu isə 2014-cü ildə olan tələbatdan sutkada 1,38 milyon barel çoxdur.

2016-cı il üçün proqnoz 100 min barel artırılmışdı, və indi təşkilatın proqnozuna görə, 2016-cı ildə dünya neft tələbatı 2015-ci il dünya neft tələbatından 1,34 milyon barel artıq olaraq sutkada 94,04 milyon bareldən ibarət olacaq.

“2015-ci ildə Rusiya Federasiyasında neft hasilatı artacaq, bununla yanaşı, Qazaxıstan və MDB-nin digər ölkələrində neft hasilatı azala bilər, Azərbaycanda neft hasilatı sabit qalacaq”, – məruzədə deyilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın