Menu
Geri İrəli

Polis Sumqayıtda şagirdi döyən müəllimdən ifadə alıb

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Yanvar 2016 • Baxış sayı: 910 dəfə • 1 şərh

qoraddelSumqayıtşəhəri 22 saylı məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi ilə əlaqədar təhsil müəssisəsinə polis əməkdaşları gəlib. Bu barədə “Report”a məktəbin direktoru Tahirə Səfərova məlumat verib.
Onun sözlərinə görə, hazırda Sumqayıt Şəhər 3-cü Polis Bölməsinin əməkdaşları məktəbdə məsələ ilə əlaqədar araşdırma aparır, hadisəni törədən İdris Hüseynovdan, habelə şagirdlərdən (onlar VIII sinif şagirdləridir) ifadə alır.
Məktəb direktoru onu da qeyd edib ki, tarix müəllimi İdris Hüseynovun işdən çıxmaqla bağlı yazdığı ərizə Sumqayıt Şəhər Təhsil Şöbəsinə təqdim edilib: “Müəllimin işdən çıxması haqda qərar Təhsil Nazirliyi və Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə müzakirəsindən sonra veriləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə müəllimin şagirdi döyməsi ilə bağlı videogörüntülər yayılıb. Məlum olub ki, görüntülər Sumqayıt şəhəri 22 saylı məktəbdə keçən həftə çəkilib.

Facebook Şərhləndirmə:

“Polis Sumqayıtda şagirdi döyən müəllimdən ifadə alıb” yazısına bir cavab

  1. cavansir deyir:

    Terbiyeli uwagi muellim döyməz…Gunah oləndə our!

Şərhinizi yazın