Menu
Geri İrəli

Prezidentdən sərəncam – Yeni nazir təyin edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2017 • Baxış sayı: 692 dəfə • Şərh yoxdur
Share Button

Prezidentdən sərəncam

Pərviz Oqtay oğlu Şahbazov Azərbaycan Respublikasının energetika naziri təyin edilib.

Azertac xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, keçmiş energetika naziri Natiq Əliyev bu ilin iyunun 9-da müalicə aldığı İstanbuldakı klinikada dünyasını dəyişmişdi.

Yeni nazir kimdir?

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Pərviz Şahbazovu energetika naziri təyin edib.

“Qafqazinfo”nun məlumatına görə, Pərviz  Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycanın Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.

2005-2016-cı illərdə Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olub.

Ailəlidir, iki övladı var.

Qeyd edək ki, Pərviz Şahbazov Azərbaycan Prezidentinin İşlər müdiri Oqtay Şahbazovun oğludur

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın