Menu
Geri İrəli

Prosperium Məşğulluğa Dəstək Proqramının təqdimatı keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2015 • Baxış sayı: 446 dəfə • Şərh yoxdur

11392847_1573148776283408_5505005502736672349_nDaim müştəri məmnuniyyətinə və gənclərə dəstək prinsiplərinə üstünlük verən Prosperium Biznes Təlim Mərkəzi yeni layihəsini gənclər üçün təqdim edəcək. 

15 iyun tarixində, Caspian Plazanın Konfrans zalında müxtəlif biznes nümayəndələrinin də iştirak edəcəyi tədbirdə Prosperium Məşğulluğa Dəstək Proqramının (PESP) təqdimatı həyata keçiriləcəkdir. Tədbirdə PESP barədə ətraflı məlumat veriləcək, Proqramın təşkilatçıları və təlimçilərlə birbaşa ünsiyyət imkanı əldə ediləcəkdir.
PESP Azərbaycanın əmək bazarında iş axtaranların məşğulluq və karyera imkanlarına dəstək olmaq üçün Prosperium Biznes Təlim Mərkəzinin beynəlxalq standartlara uyğunlaşdırılmış bir təklif paketidir. Gənc nəsillər, xüsusilə tələbələr və karyera seçimində dəyişiklik etmək istəyənlər daha çox Maliyyə və Mühasibatlıq, Marketinq və Satış, İnsan Resursları və Layihələrin İdarəolunması sahələrində iş imkanları axtarırlar.

Bu Proqramın əsas məqsədi həmin istiqamətlər üzrə işə qəbul prosesində qarşınıza çıxa biləcək akademik, texniki və bacarıq yönümlü təlimlər təşkil edərək Sizi arzu etdiyiniz funksional bölmədə ixtisaslaşa və rəqabətli bazarda cəlbedici iştirakçıya çevirməkdir.
Nüfuzlu Beynəlxalq İxtisaslaşmalar Şəbəkəsinin (IQN) rəsmi təlim tərəfdaşı olan Prosperiumun PESP çərçivəsində sizə təklif olunan funksional bölmələr üzrə tədris edəcəyi təlimlər ACCA (Association of Chartered Certified Accountants), PMI (Project Management Institute), IQN (International Qualifications Network), AMA (American Management Association) və CIM (Chartered Institute of Marketing) kimi beynəlxalq sertifikat proqramları bazasında hazırlanmışdır. PESP məzunu kimi, siz yalnız peşəkarlıq səviyyəsini artırmış biri deyil, həm də müvafiq beynəlxalq imtahanlarda iştiraka hazır kadrlar olacaqsınız.

PESP məzunları Prosperiumun rəsmi tərəfdaşları və biznes şəbəkəsinin yaratdığı imkanlardan istifadə edərək, müvafiq vakansiyalar üçün tövsiyyə edilmə imkanı qazanacaqlar. Bununla yanaşı, nüfuzlu şirkətlərdə çalışan və beynəlxalq sertifikatlara sahib olan təlimçilərimiz sizin potensial meneceriniz və iş yoldaşınız ola bilər.
Eyni zamanda, tədbir zamanı dil, məntiq və Excel bilikləri üzrə keçiriləcək müsabiqədə iştirak edib fərqlənməklə, siz PESP üçün 25%, 35%, və 50% dəyərində güzəştlər qazana bilərsiniz.

Tədbirin vaxtı: 15 iyun 2015, saat 15:00-18:00

Tədbirin keçiriləcəyi yer: Caspian Plaza Konfrans zalı
(C.Cabbarlı küç. 44, III, 2-ci mərtəbə)

Qeydiyyat: http://goo.gl/forms/MTGATWRiz9

Daha ətraflı məlumat üçün:

Tel.: +994 12 480 04 59;
Mob.: +994 50 334 24 14
Email: office@prosperium.az
Web: www.prosperium.az
Facebook: http://on.fb.me/1KPTjJW

Facebook Şərhləndirmə:

Şərhinizi yazın