Menu
Geri İrəli

Qar yağacaq, yollar buz bağlayacaq – SABAH

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Dekabr 2016 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur

qar4Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Səhər zəif duman, çiskin olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0-3° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 17-də Abşeron yarımadasında gündüz güclü xəzri küləyi fonunda rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Dekabrın 18-19-da meteoroloji amillərin mülayim və zəif tərəddüdü müsbət amildir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın