Menu
Geri İrəli

Qarabağla bağlı ilkin addımlar atıla bilər – Ekspert

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Avqust 2016 • Baxış sayı: 449 dəfə • Şərh yoxdur

trend_arzu_nagiyev_031215Hazırkı geosiyasi şəraitdə Putinin Bakı səfəri müsbət haldır. Çünki bu gün regionda Qərb və Rusiya arasında bir nüfuz savaşı gedir. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya açar rolunu oynadığı üçün Moskva mütləq təşəbbüs göstərməlidir.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev danışıb. Ekspert deklorativ danışıqların artıq dalana dirəndiyini deyib və konkret addımların atılmasının vaxtı çatdığına işarə edib:

“Ortada Madrid prinsipləri, Kazan protokolları var. Məsələnin həllinin uzadılması bütövlükdə regionu təhlükəyə atmaq deməkdir. Artıq konkret addımlar atılmalıdır. Ermənistanda investisiyanın 95 faizinə nəzarət Rusiyanın əlindədir. Məhz Putinin İrəvana təsiri sayəsində Qarabağın tənzimlənməsi ilə bağlı ilkin addımlar atıla bilər. Moskva-Ankara yaxınlaşması isə prosesə müsbət töhfə verə bilər”.

Politoloqun sözlərinə görə, İran da Dağlıq Qarabağ məsələsinin həllində maraqlı olmalıdır:

“Azərbaycan, Rusiya və İran Avropadan Çinə yükdaşıma həyata keçirən bir dəhlizin yaradılmasında maraqlıdır. Dəhlizin ən əsas hissələrindən biri məhz Azərbaycandan keçir. Bunun üçün limanımız da hazırdır. Bütün bunlara baxmayaraq, Dağlıq Qarabağ məsələsinin həllində İran da maraqlı olmalıdır. Çünki regionda təhlükəsizlik məsələsi həyata keçməsə, qlobal məsələlərin həlli çətin olacaq. Bunun başında isə Dağlıq Qarabağ münaqişəsinin həlli durur. Azərbaycan bu gün diktə edən tərəfdir. Şərtimiz ərazi bütövlüyümüzün bərpası və rayonların boşaldılmasıdır. Yalnız bundan sonra status məsələsinə baxıla bilər. Sərkisyanın verdiyi sərsəm bəyanatlar status-kvonu saxlamağa və danışıqlardan yayınmağa hesablanmış siyasi gedişlərdir”.

Qeyd edək ki, avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda üçtərəfli görüşü gözlənilir. Bundan iki gün sonra – avqustun 10-da isə Vladimir Putinin dəvəti ilə Serj Sərkisyanın Moskvaya səfəri reallaşacaq.

İyunun 20-də Sankt-Peterburqda sonuncu görüşdən sonra Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ probleminin tənzimlənməsi üzrə növbəti dəfə avqustda Parisdə, daha sonra isə ABŞ-da bir araya gələcəklər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın