Menu
Geri İrəli

Qubadlının işğalından 24 il keçir – RAYONUN ƏN SON FOTOLARI

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2017 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Qubadlı rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 24 il keçir. 1993-cü il avqustun 31-də ermənilər Qubadlını işğal etməklə Azərbaycan iqtisadiyyatına milyonlarla manat ziyan vurdular.

Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 min 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət 10-dan çox iridiametrli ağac təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Rayonda 61 ümumtəhsil məktəbi, o cümlədən, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Qubadlıda 180-dək mədəni-maarif müəssisəsi olub, 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.

Qubadlı rayonunun sakinləri ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq işğalın son günlərinə qədər düşmənlə qəhrəmancasına döyüşüblər. Silaha sarılan qubadlılılara mərkəzdən heç bir kömək gəlməsə də, onlar doğma yurdlarını var qüvvələri ilə qoruyublar. Lakin Cəbrayıl və Füzulinin işğalından sonra Qubadlı tamamilə təklənib və müdafiəsiz qalıb.

Torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub. Yüz nəfərə qədər insan itkin düşüb və girov götürülüb. Yüzlərlə döyüşçü və mülki əhali yaralanıb, əlil olub. Əhalinin yurd-yuvası talanıb, Qubadlı şəhəri və 94 kənd yerlə-yeksan edilib. Döyüşlərdə qəhrəmanlıq göstərən 9 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Hazırda Qubadlının 35 mindən çox əhalisi Azərbaycanın 40-dan çox şəhər və rayonunda məskunlaşıb. İyirmi iki mindən çox qubadlılı məcburi köçkün soydaşımız isə Sumqayıtda yaşayır. Azərbaycan dövləti Qubadlıdan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb.

Qubadli1 (31) Qubadli1 (30) Qubadli1 (29) Qubadli1 (28) Qubadli1 (27) Qubadli1 (22) Qubadli1 (23) Qubadli1 (24) Qubadli1 (25) Qubadli1 (26) Qubadli1 (21) Qubadli1 (20) Qubadli1 (19) Qubadli1 (18) Qubadli1 (17) Qubadli1 (12) Qubadli1 (13) Qubadli1 (14) Qubadli1 (15) Qubadli1 (16) Qubadli1 (7) Qubadli1 (8) Qubadli1 (9) Qubadli1 (10) Qubadli1 (11) Qubadli1 (6) Qubadli1 (4) Qubadli1 (5) Qubadli1 (3) Qubadli1 (2) Qubadli (14) Qubadli (15) Qubadli (16) Qubadli (17) Qubadli1 (1) Qubadli (13) Qubadli (12) Qubadli (11) Qubadli (10) Qubadli (9) Qubadli (4) Qubadli (5) Qubadli (6) Qubadli (7) Qubadli (8) Qubadli (1) Qubadli (2) Qubadli (3)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın