Menu
Geri İrəli

Qusarda region gənclərinin turizmin inkişafında roluna dair təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2017 • Baxış sayı: 159 dəfə • Şərh yoxdur
Share Button

“Sumqayıt Tələbələri” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Qusar rayon gənclər və idman idarəsinin təşkilati dəstəyi ilə Qusardakı Heydər Əliyev Mərkəzində “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təşkilatın sədri Rüfət Mahmudzadə iştirakçılara layihənin məqsədinin mövcud yerli turizm imkanlarının dəyərləndirilməsi, daxili turizmin inkişafında gənclərin rolunun artırılması və yerli gənc turizm menecerlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi olduğunu deyib.

Qusar rayon gənclər və idman baş idarəsinin rəis müavini Ramin Məcidov rayonda turizmin inkişafı sahəsində görülən işlərdən danışıb. O, təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuş və Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan “Şahdağ” turizm mərkəzinin ölkəmizdə turizmin inkişafında əhəmiyyətindən danışıb.

Çıxışlardan sonra turizm, təhsil və İKT sahəsində ekspert Ramil Süleymanov tərəfindən təlim keçirilib. Təlimdə Qusar rayonunun turizm üzrə biznes imkanları, startaplar, rayonun daxili və xarici turizm ehtiyatları barədə müzakirələr aparılıb, gənclərin turizmlə bağlı ideyaları öyrənilib və onların həyata keçirilməsi yollarından bəhs olunub.

Layihə çərçivəsində sonuncu təlimin Quba rayonunda təşkil olunması nəzərdə tutulub

15111936943121414490_1000x669 1511193694355451407_1000x669 15111936943741256079_1000x669

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın