Menu
Geri İrəli

Ramazanda verilən ən gülməli – 22 sual

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2016 • Baxış sayı: 745 dəfə • Şərh yoxdur

Bu gün Azərbaycanda Ramazan ayının ilk günüdür. Ramazanda müzakirə olunan əsas mövzulardan biri də illərdir ilahiyyatçılara ünvanlanan təkrar, bəzən isə gülməli suallardır.

“Qafqazinfo” bu məqamda Türkiyədə hər Ramazan Nihat Hatipoğlunun təqdimatında yayımlanan proqramdan ən maraqlı və gülüş doğuran sualları təqdim edir:

Qeyd edək ki, bəzən verilən suallar N.Hatipoğlu tərəfindən də gülüşlə qarşılanıb və cavab verməkdə çətinlik çəkib.

1. Cüt cinsiyyətli biri öldüyü zaman cənazə namazı necə qılınır?


2. Otağıma Jastin Biberin posterini asıram. Bu gühandırmı?

3. Sevdiyim qızı qaçırdım, ailəsinin razılığı olsun deyə daha sonra geri göndərdik. Adət-ənənəyə uyğun istədik, vermədilər. Həmin ailəyə dua yazdıra bilərəmmi?

4. Həyat yoldaşıma xəyanət etdim, vicdan əzabı çəkirəm. Nə etməliyəm?

5.Qadın ərinə “Öz işini özün gör” deyə bilərmi?

6. Balaca olanda fərqində olmadan qardaşımı öldürmüşəm. Bunun günahı nədir?

7. Mən sevdiyimə qovuşmaq üçün dua edirəm, o, öz sevdiyinə qovuşmaq üçün dua edir. Sizcə, kimin duası qəbul olar?

8. İnternetdən oyun yükləmək günahdırmı?

9.Sünnət olmaqdan qorxuram. Sünnət vacibdir?

10. Cinsiyyətini dəyişdirmiş biri öldükdə onu qadın, yoxsa kişi molla yumalıdır?

11. Ekrandan sizi izləyərək müsəlman olmağa çalışdım. Bu qəbul olarmı?

12. Oruckən siqaret çəkmək olarmı?

13. Midyə yemək günahmı?

14. Gəlin qayınanasına baxmağa məcburdurmu?

15. Çərşənbə günü uşağı yuyundurmaq günahdır deyirlər. Sizcə, bu doğrudur?

16. Tox olanda anam mənə yemək yedizdirir. Anama günah yazılırmı?

17. Bəd duanın qəbul olduğu bir saat varmı?

18. Xeyirli evlilik üçün nə tövsiyə edərdiniz?

19. Sevdiyiniz insanı ümidləndirib sonra onu yarı yolda qoymağın günahı nədir?

20. İnternetdə xoşagəlməz görüntüləri olan hesabları qırıb onları zərərsiz hala gətirirəm. Bu doğrudurmu?

21. Həyat yoldaşımın dayısı mənə halaldırmı?

22. Dostlarımla futbol oynayanda hər dəfə qol vururam, hakimsə bunu qəbul etmir. Hakim mənim haqqıma girir?

Aysel Kərimova

Facebook Şərhləndirmə:

Şərhinizi yazın