Menu
Geri İrəli

Ramin Quluzadənin nəqliyyat üzrə müavini kim olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2017 • Baxış sayı: 296 dəfə • Şərh yoxdur
Share Button

2a7178f0bb03880b9a7524646ea15ef9Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, verilən sərəncama əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri birləşdirilib.
Prezidentin bu sərəncamı ilə 2002-ci ildən bu yana nəqliyyat naziri postunu tutan Ziya Məmmədov da öz postunu itirib.

Prezidentin digər sərəncamı ilə isə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunub.

Hazırda hamı üçün maraqlı olan məsələlərdən biri isə Ramin Quluzadənin nəqliyyat üzrə müavininin kim olacağıdır.

Avropa.info-nun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə, bu posta Ziya Məmmədovun birinci müavini olmuş Musa Pənahovun təyinat alacağı gözlənilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın