Menu
Geri İrəli

Rayon maşınları Bakıya yalnız axşam saatlarında buraxılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2015 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur

2

Abid Şərifov müsahibə verdi.

 

Başlayıblar ki, biz şəhərə rayondan gələn vətəndaşlarımızı buraxmırıq. Necə yəni buraxmırıq? Kim deyir onu? Biz deyirik ki, şəhərə girən avtomobillər 5 tondan yuxarı, gün ərzində, saat 9-10-a kimi buraxılmır.

 

Yəni hansı ölkəyə getmiş olsanız bu qayda-qanun var. 5 tonacan fərq etməz. Gəlir, şəhərə girir, çıxır işləyir. Problem yoxdur. 5 tondan yuxarı, gün ərzində şəhərin mərkəzinə girmək olmaz.

 

İstər bu inşaatla əlaqədar olsun, istər bizim şirkətlər olsun, istər digər, fərq etməz. Yalnız axşam saat 10-dan səhər 7-yə kimi işləmək olar. Bütün ölkələrdə bu, qəbul olunmuş qaydadır. İctimai nəqliyyatdan söhbət yoxdur ümumiyyətlə.

 

Yəni Azərbaycanın istənilən bölgəsindən şəhər istiqamətində gələn avtobuslar, dövlət maşınları, xüsusi maşınlar, yəni xüsusi təyinatlı maşınlar. Heç bir problem yoxdur.

 

Oxu.Az xəbər verir ki, bu sözləri ANS-in aparıcısı Mirşahin Ağayevə müsahibəsində (videonun 14:12-ci dəqiqəsindən etibarən – red.) Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifovbildirib.

 

Rayonlarda yaşayan vətəndaşlara müraciət edən Abid Şərifov onlardan paytaxtda axşam saatlarında gəlmələrini xahiş edib:

 

“Bəzi bizim mütəxəssislər və ya ekspertlərimiz deyirlər ki, axşam ən çox qəza vaxtıdır. Axşam şəhərə gələn şəhərdə oynamağa gəlmir ki, hansısa məqsəd üçün gəlir. Ya evinə gəlir, ya qonşusuna gəlir, ya bir iş dalınca gəlir. Çox gözəl. Gəlir-gəlsin. Xoş gəlib. Gözümüz üstə yeri var. Əgər gündüz vaxtı gəlirsə, oturub gözləməlidir həmin o duracaqda.

 

Maşını qoyub avtobusla gələ bilər, ya taksi ilə. Ödənişsiz dayanacaqdır, orada şərait yaradılıb insanlar üçün. Yəni söhbət avtomobildən gedir, insanlardan getmir. Kim istəyir gəlsin. Oradan da şəhərin istənilən istiqamətlərində avtobus marşurutları olaacaq, taksilər olaacaq. O ki, qaldı kimsə xüsusi maşında gəlir. Deyirik axşam gəl. Deyirlər ki. guya axşam-üstü ən çox qəza olur. Hardadı o hesabat? O hesabata ən çox baxan mənəm, bir komissiyanın sədri kimi. Yalnız şəhərdə də biz xüsusi tələblər qoyacağıq. Çünki şəhərdə istər işləyənlər üçün, yaşayanlar üçün normal şərait olmalıdır”.

 

Rayon avtomobillərinin axşam saatlarında Bakıya buraxılmasının şəhərdə tıxaclar yaradacağı barədə sualı cavablandıran A.Şərifov bildirib ki, gündüzlə gecə sıxlığını, axşam sıxlığını müqayisə etmək qeyri-mümkündür.

 

Komissiya sədri bildirib ki, şəhərdə tıxac yaradan rayon maşınları hardasa 60-80 min arasıdır:

 

“Yəni burada Sumqayıt da, Bakının ətraf qəsəbələrindən söhbət getmir. Bu, Azərbaycanın ayrı-ayrı rayonlarından gələn maşınlardır”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın