Menu
Geri İrəli

Sabah Azərbaycanda 40 dərəcə temperatur olacaq – PROQNOZ

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Avqust 2016 • Baxış sayı: 330 dəfə • Şərh yoxdur

gunes_hava_2Avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında isə hava yağmursuz keçəcək, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın