Menu
Geri İrəli

Sabah Azərbaycanda hava necə olacaq? – PROQNOZ

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2017 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur
Share Button

havaNoyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın