Menu
Geri İrəli

Sabah bəzi yerlərdə yağış yağacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Avqust 2016 • Baxış sayı: 512 dəfə • Şərh yoxdur

Avqustun 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39°, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, avqustun 27-28-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda havada rütubətliyin normadan bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın