Menu
Geri İrəli

Sabah hava necə olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Noyabr 2016 • Baxış sayı: 368 dəfə • Şərh yoxdur

gunes_hava_2sumqayitxeber.com xəbər verir ki, Bayraq günü münasibətilə Sumqayıtın Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Konsertdə Allahverdi Xəyalın rəhbərlik etdiyi “Xəyal” instrumental ansamblının müşayiəti ilə solistlər Elşən Quliyev və Şahin Qədirsoyun ifasında bəstəkar və xalq mahnıları dinlənilib.
Tədbirdə o cümlədən gənc müğənnilər Zaur Yusifli, İlkin Əlizadə və Sevda Akkayanın ifası əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb.
Sonda maraqlı konsert proqramına görə Şəhər Mədəniyyət Evinin rəhbərliyinə və özfəaliyyət kollektivinə hərbi hissə rəhbərliyi tərəfindən təşəkkür elan edilib və fəxri fərman təqdim olunub.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın