Menu
Geri İrəli

Şəhid Şahlar Nəzərov dəfn olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2017 • Baxış sayı: 531 dəfə • Şərh yoxdur
Share Button

1488264031-8442Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Fizuli – Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərov Yardımlı rayonunun Peştəsər kənd qəbiristanlığında dəfn olunub.

“Ölkə.Az”ın “Report”a istinadən məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib.

Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşi və alqış sədaları altında şəhid son mənzilə yola salınıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın