Menu
Geri İrəli

“Şəkil paylaşmağım oğlumun xoşuna gəlmir”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2015 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

12226754_918465888189715_1573021681_n

Müğənni Nadir Qafarzadə həyat yoldaşı ilə birgə İsveçrədə təhsil alan oğlunun yanına gedib.

Müğənni bir ay müddətində Azərbaycandan kənarda olacaq:

“Düşünürəm ki, hər bir valideynin borcudur ki, vətənə layiqli övlad böyütsün. Bildiyiniz kimi böyük oğlum bir neçə ildir ki, İsveçrədə təhsil alır. Hazırda həyat yoldaşımla birgə oğlumun yanına gəlmişik. Övladım üçün çox darıxmışdım. İndi onun yanındayam deyə rahatam. Bəzən oğlumla birgə şəkil çəkdirib, sosial şəbəkədə paylaşıram.
Amma bu hal onun xoşuna gəlmir.

Yəni o, üzdə olmağı sevmir. Mən də bir ata kimi onun da istəyini nəzərə alıram. Vətənim üçün darıxmışam. Allah heç kimə vətən həsrəti göstərməsin. Hələ bir ay İsveçrədə qalacam. Bakıya qayıdanda isə bir neçə yaradıcılıq işimi təqdim edəcəyəm”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın