Menu
Geri İrəli

Sevgilisi ilə birləşib ərini tikə-tikə doğratdıran qadına 19 İL HƏBS TƏLƏBİ

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2016 • Baxış sayı: 1,146 dəfə • Şərh yoxdur

Sevgilisi ilə birləşib ərini qətlə yetirməkdə təqsirləndirilən Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Lalə Mahmudovanın 19 il, Sədi Məmmədovun isə 20 il müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Proses noyabrın 17-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 26-da Yasamal rayonunda baş verib. Paytaxt sakini Kamran Mahmudovun itkin düşməsi barədə məlumat daxil olub. Hadisədən 5 gün sonra K.Mahmudovun öldürüldüyü müəyyən edilib. Cinayətin mərhumun həyat yoldaşı L.Mahmudova və sevgilisi S.Məmmədov tərəfindən törədildiyini aşkara çıxarılıb. Hər 2 şəxs saxlanılaraq ifadələri alınıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, sentyabrın 26-da gecə saatlarında S.Məmmədov L.Mahmudovanın yaşadığı evə gəlib. Bu zaman mərhum Kamran Mahmudov və evdəki azyaşlı uşaqlar yatırmış.

L.Mahmudova ilə əvvəlcədən plan quran S.Məmmədov özü ilə gətirdiyi tapança ilə yatmış K.Mahmudovun baş nahiyyəsindən 3 dəfə atəş açaraq onu qətlə yetirib. Onlar izi itirmək məqsədilə meyiti hissələrə bölərək bağlamalara yığıblar. Sonra həmin bağlamalarla S.Məmmədov Bakıdan İsmayıllı rayonuna yola düşüb. O, meyiti İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıb.

Xatırladaq ki, L.Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.

96f884fd068a161d24a1659cfdb746da e415bf4d7af4d77ab6069016e635f0da

Facebook Şərhləndirmə:

Şərhinizi yazın