Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində yeni laboratoriyalar açılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2016 • Baxış sayı: 568 dəfə • Şərh yoxdur

labaratoriya labaratoriyaeSumqayıt Dövlət Universitetində (SDU) yeni laboratoriyalar açılıb.

SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, universitetin fizika və elektroenergetika fakültəsində yaradılan laboratoriya tədrisin keyfiyyətini yüksəltmək, nəzəriyyə və təcrübənin paralelliyini təmin etmək məqsədi daşıyır. Digəri isə enerji maşınqayırması laboratoriyasıdır. Laboratoriyalarda tədris proqramlarının tələbələr tərəfindən daha dərindən mənimsənilməsi üçün ən müasir avadanlıqlar quraşdırılıb.

Bu münasibətlə keçirilən tədbirdə SDU-nun rektoru Elxan Hüseynov müəllim və tələbələri təbrik edib, ali təhsil ocağında reallaşan layihələr barədə məlumat verib.

Sonra universitetin kollektivi elektrotexnika və elektrik ölçmə texnikası laboratoriyasında yenilənmiş stendlərlə tanış olublar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın