Menu
Geri İrəli

Sumqayıt Mədəniyyət Evinin kollektivi əsgərlər üçün konsert verib – Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Avqust 2016 • Baxış sayı: 678 dəfə • Şərh yoxdur
3333Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi  Azərbaycan Respublikası Sərhəd Qoşunların yaranmasının 97-cı ildönümü münasibəti ilə “N” saylı hərbi hissədə konsert proqramı ilə cıxış edib.
Moderator.az xəbər verir ki, tədbirdə Sərhəd Qoşunlarının yaranması və fəaliyyəti haqqında geniş məlumat verilib və şəxsi heyətə təbriklər səslənib.
Daha sonra “Xəyal” instrumental ansamblının müşayiəti ilə solistlər  Allahverdi Xəyal, Vüsalə Hüseynova, Fidan Naqıyeva, Mehdi Yusifzadə, Elşən Quıiyev, gənc müənnilər  İlkin Əlizadə və Kamil Aqazadənin  ifasında xalq və bəstəkar mahnıları hərbçilər tərəfindən alqışlarla qarşılanıb.
Meyxanaçı Ədalət Dağlının və 4 saylı diyarşünaslıq klubun “Beqa” rəqs ritm qrupu üzvlərinin çıxışı tədbirə xüsusi ovqat qatıb.
Konsertin sonunda Sərhəd Qoşunları komandanlığı tərəfindən tərəfindən Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov və Şəhər Mədəniyyət Evinin direktoru Elnarə Rəşidova fəxri fərmanla təltif edilib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın