Menu
Geri İrəli

“Sumqayıt”da 3 futbolçu əvəzedici heyətə göndərildi

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2016 • Baxış sayı: 368 dəfə • Şərh yoxdur
samir-abbasov“Sumqayıt”ın əsas komandasından 3 futbolçu əvəzedici heyətə göndərilib. 
Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Samir Abasov məlumat verib.
Onun sözlərinə görə, bu addım əvəzedicilərə kömək məqsədilə atılıb. Abasov bildirib ki, həmin futbolçular Vaquf Güləliyev, Kamran Abdullazadə və Xəyal Nəcəfovdur.
Ötən mövsümdən “Sumqayıt”da çıxış edən Nəcəfovdan fərqli olaraq, Güləliyevlə Abdullazadə “Xəzər Lənkəran”dan gəliblər. Abasov sonuncu futbolçunun hələ də ümidləri doğrultmadığını etiraf edib: “Kamranı komandamıza böyük ümidlərlə cəlb etmişdik. Amma hələ ki, ondan istədiyimizi ala bilmirik. Güləliyevlə Nəcəfova əvvəlki turlarda şans versəm də, Abdullazadə meydana çıxmayıb. Ona görə də forma yığmaq üçün əvəzedici heyətə göndərmişik”.
Qeyd edək ki, Kamran Abdullazadə Azərbaycan Premyer Liqasında “Zirə” və “Qarabağ”la oyunlarda ehtiyatda qalıb, “İnter”lə son görüşdə isə o, ümumiyyətlə, “18-liy”ə salınmayıb. Əvəzedicilərin çempionatında Abdullazadə “Kəpəz”ə qarşı oyuna start heyətində çıxıb.

- See more at: http://sportnet.az/futbol/22826-sumqayitda-3-futbolchu-evezedici-heyete-gonderildi.html#sthash.TEtUkIfE.dpuf

Facebook Şərhləndirmə:

Şərhinizi yazın