Menu
Geri İrəli

Sumqayıtda dəhşətli qətl: keçmiş arvadını amansızlıqla öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2017 • Baxış sayı: 2,625 dəfə • 1 şərh
Share Button

tecili yardimSumqayıt şəhərində qətl törədilib. Lent.az xəbər verir ki, Corat qəsəbə sakini, 1980-ci il təvəllüdlü Həsənova Xəyalə Kamil qızı çoxsaylı bıçaq xəsarətləri ilə Təcili Yardım Xəstəxanasına çatdırılıb. Bildirilir ki, o, yaşadığı evdə bıçaqlanıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı həyat yoldaşı tərəfindən bıçaqlandığı məlum olub. O, X.Həsənovanı 17 bıçaq zərbəsi ilə öldürüb.

Artıq hadisəni törətmiş şəxs saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda dəhşətli qətl: keçmiş arvadını amansızlıqla öldürdü” yazısına bir cavab

  1. Elvin Zengilanli deyir:

    Togrul bey nece olub bes, bilirsizse zehmet olmasa melumatlandirin bizide. Onceden teshekkur

Şərhinizi yazın