Menu
Geri İrəli

Sumqayıtda fəaliyyətə başlayacaq Karbamid zavodunun tikintisinə 1800 nəfər cəlb olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2016 • Baxış sayı: 1,065 dəfə • Şərh yoxdur

karbomit ”Karbamid zavodunun dövlət büdcəsindən maliyyələşirdi. Sonradan zavodun tikintisi üçün nəzərdə tutulan maliyyə mənbəyi dəyişdirildi. Qəbul olunan qərara əsasən biz dövlət zəmanəti ilə maliyyələşməyə keçdik”. “APA-Economics” xəbər verir ki, bu barədə zavodun direktoru Xəyal Cəfərov deyib.

“Həm Maliyyə, həm İqtisadiyyat Nazirliyi ilə danışıqlar uğurla davam etdirilir. Hal-hazırda işlərin gedişatı üçün biz Koreyanın “Export-Import” bankından 100 milyon avro cəlb etmişik. Bundan başqa, Almaniyanın “Deutsche Bank”ı bizə 50 milyon avroluq kredit xətti açıb. Maliyyələşmə ilə bağlı əsas danışıqlar Koreyanın “Export-İmport” bankı ilə aparılır. Ötən həftə bankın nümayəndələri Azərbaycana səfər edib və həm Maliyyə Nazirliyi, həm SOCAR rəhbərliyi səviyyəsində danışıqlar aparıldı. Bizim gözləntilərimizə görə, bu ilin avqust-sentyabr aylarında layihənin tam maliyyələşməsi ilə bağlı məsələ həllini tapacaq və müvafiq saziş imzalanacaq. Bütün kənar infrastrukturu nəzərə alsaq layihənin ümumi dəyəri 900-920 milyon avro təşkil edir. Bundan sonra layihənin reallaşdırılmasına təxminən 500 milyon avro lazımdır”, – deyə direktor qeyd edib.

X. Cəfərov qeyd edib ki, layihə çərçivəsində tikinti işlərinə 1800 nəfər cəlb olunub ki, onların 80%-i Sumqayıt sakinləridir: “Gözlənilir ki, pik vaxtında zavodda 2500-3000 nəfər çalışacaq”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın