Menu
Geri İrəli

Sumqayıtda “Kitab günü” keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 May 2016 • Baxış sayı: 546 dəfə • Şərh yoxdur

^ab18807d4dfce63a88e69845f4fce956ac61874b421465e6f2^pimgpsh_fullsize_distr_647Nizami Gəncəvi adına Kitabxana-klubda “Sən də bir kitab oxu!” şüarı altında Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə “Kitab günü” keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə AYB Sumqayıt bölməsinin, Ə.Kərim adına Poeziya klubunun nümayəndələri, şəhər kitabxanalarının və mədəniyyət müəssisələrinin kollektivləri iştirak ediblər.

Tədbirlərdə tanınmış yazarlarla görüş, imza mərasimləri, flaşmob, balaca oxucular üçün “Cik-cik xanım” və “Cırtdan” nağılları əsasında hazırlanmış tamaşalar, əyləncəli viktorinalar, Azərbaycan və dünya xalq nağılları əsasında ucadan oxu maraqla qarşılanıb.

Nizami Gəncəvi adına kitabxana klubun rəsm dərnəyi üzvlərinin vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərləri, “Dostluq” mədəniyyət evinin dram dərnəyi üzvlərinin, S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi və Mərkəzi Uşaq Kitabxanası oxucularının ifasında göstərilən səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tədbirdə müxtəlif elm sahələrini əks etdirən kitabların sərgisi, həmçinin, nəşriyyatların kitab satışı təşkil olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın