Menu
Geri İrəli

Sumqayıtda küçə itləri zərərsizləşdirilir – ƏMƏLİYYAT BAŞLADI

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Avqust 2017 • Baxış sayı: 1,493 dəfə • Şərh yoxdur

itler“Sumqayıt şəhərində sahibsiz itlərin zərərsizləşdirilməsi, ərazidən uzaqlaşdırılması işləri davam edir”

sumqayitxeber.com azvision.az-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Rzaqulu Zərəfquliyev danışıb.

O bildirib ki, hazırda iş davam etdirilir və yaxın zamanlarda yekunlaşacaq: “Həmin itlər ərazidən uzaqlaşdırılır. Dünən şəhərin bir çox sahələrində, xüsusilə 10-cu mikrorayon ərazisində bütün gecə iş aparılıb. 50-ə yaxın sahibsiz it ərazidən çıxarılıb, şəhər zibilxanasının yaxınlığında onlar üçün ayrılan yerə aparılıb. Bunların içərəsində quduz itlər də var ki, onlar baytarlar tərəfindən nəzarətdə saxlanılır. Müəyyən müddət keçəndən sonra həmin itlər ya lazımi yerlərə köçürülür, ya da quduzluq əlaməti olursa, tamamilə zərərsizləşdirilir. Quduz it dişləməsi halları bundan əvvəl də olub, amma ölüm halı birinci dəfə idi ki, baş verirdi”.

R.Zəfərquliyevın sözlərinə görə, bir çox hallarda müəyyən təşkilatlar onların işinə maneçilik törədirlər. “İtləri küçələrdən yığmağa qoymurlar. Amma mütəmadi olaraq bizim tərəfimizdən davam etdirilir və sığınacaqlara aparılır”.

Qeyd edək ki, iyulun 31-də Sumqayıt şəhər 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı uşaq dünyasını dəyişib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın