Menu
Geri İrəli

Sumqayıtda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” adlı regional konfrans keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Yanvar 2016 • Baxış sayı: 380 dəfə • Şərh yoxdur

1453810965216799610_1000x669 1453810965304014667_1000x669Yanvarın 26-da Sumqayıtda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” adlı regional konfrans keçirilib. Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, toplantıda Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb. Bildirib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir, ölkədə dini radikalizm meyillərinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilir. Natiq vurğulayıb ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda, dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov qeyd edib ki, əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal fikirli insanların təsiri altına düşməməsi və din xadimlərimizin bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu cür maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac var.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Rauf Sərdarov vurğulayıb ki, bu gün ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və Prezident İlham Əliyevin qayğısı sayəsində ölkədə yeni məscidlər tikilir, dini abidələrimiz bərpa olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın