Menu
Geri İrəli

Sumqayıtda Xeberle.com informasiya portalının 5 illik yubiley tədbiri keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2017 • Baxış sayı: 387 dəfə • Şərh yoxdur

Sumqayıtın xeberle.com xəbər portalının fəaliyyətə başlamasından beş il ötdu. Şəhərdə fəaliyyət göstərən üç gənc jurnalist – Ramil Zeynallı, Elnur Ağayev və Kamal Almuradlının 2012-ci ildə birgə yaratdıqları bu xəbər portalı qısa müddətdə çevik, dəqiq və etibarlı regional informasiya mənbəyi kimi özünü təsdiqləyə bilib. Bu əlamətdar günlə bağlı Sumqayıtda “Park Palace” restoranında yubiley tədbiri keçirilib. Mərasimdə paytaxt və Sumqayıtdan tanınmış ziyalılar, idarə və müəssisə rəhbərləri, KİV nümayəndələri, QHT rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, habelə fəal gənclər iştirak ediblər. Əvvəlcə portalın təsisçiləri öz işlərindən və məqsədlərindən, tərəfdaşlarından, həmçinin yeni ideyalarından və perspektivlərdən söz açıblar. Sumqayıt hadisələrinin əsas araşdırmaçısı, “Exo Sumgaita” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Eyruz Məmmədov çıxış edərək saytın təsisçilərini təbrik edib, xeberle.com-un Sumqayıt media məkanında xüsusi yerindən və rolundan danışıb. Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Sumqayıta dair xəbərlərin məhz bu saytdan oxuduğunu, təsisçilərin regional medianın inkişafına mühüm töhfəsindən söhbət açıb. Digər çıxışçılar da portalın kollektivinə təbriklərini və ürək sözlərini çatdırıb, onların fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, əsas məqsədi Sumqayıt şəhərinin ictimai, siyasi, sosial və mədəni həyatında baş verən hadisə və yenilikləri, aktual problemləri təqdim etməkdən ibarət olan portal ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlərə də mütəmadi yer ayırır. Gündəlik xəbər yayımı ilə bərabər, müxtəlif video və fotoreportajlar, araşdırmalar, müsahibələr, sosioloji rəy sorğuları, siyasətdən şou-biznesə, idmandan texnologiyalara qədər istənilən mövzuda materiallar təqdim edir.

Təsadüfi deyildir ki, portal yaradıldığı vaxtdan az bir müddət sonra Sumqayıtın media həyatında mühüm yer tutmağa başlayıb. Sonra saytının təsisçiləri 2 nominasiya üzrə təsis etdikləri diplomları təqdim ediblər. “Xeberle.com portalı ilə ən fəal əməkdaşlıq edən dövlət təşkilatı” nominasiyasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi seçilib və mükafat idarənin əməkdaşı, şəhid anası Ceyran Axundovaya təqdim olunub. “Xeberle.com portalı ilə fəal əməkdaşlıq edən sumqayıtlı jurnalist” nominasiyasında isə “Exo Sumgaita” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Eyruz Məmmədov təltif edilib. Ardınca təsisçilər reklam tərəfdaşları olan “Sülh plaza”, “Hiper market”, ”MOR” reklam şirkəti ”Unikal klinika”, “22-ci ƏSR” Estetik Stomotoloji Klinika”, “Şef Mangal House” restoranı, “Supreme” kitab rəfi rəhbərliklrinə dərin təşəkkürlərini çatdırıblar. Maraqlı söhbət və ünsiyyətlə, şən əhval-ruhiyyədə keçən tədbir gənc ifaçıların təqdimatında musiqili proqramla davam edib. Meyxana ustası Namiq Məna, gənc müğənnilər Fəhmin Əhmədli, Ülviyyə Quliyeva, Elçin Şəfizadə, Şahin Qulusoy və digərləri öz ifaları ilə tədbirə xüsusi rəng qatıb. Xeberle.com-un fotoqrafı Kamran Bayramovun tədbirdən çəkdiyi fotoları təqdim edirik.

Sumqayıtda Xeberle.com informasiya portalının 5 illik yubiley tədbiri keçirilib - FOTOSESSİYA

Facebook Şərhləndirmə:

Şərhinizi yazın