Menu
Geri İrəli

Sumqayıtlı gəncə yeni vəzifə verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2016 • Baxış sayı: 288 dəfə • Şərh yoxdur
img2058945Dövlət Statistika Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri – mətbuat katibi vəzifəsinə təyinat olub.
APA-nın məlumatına görə, Komitənin sədri Tahir Budaqovun müvafiq əmri ilə tanınmış telejurnalist Elməddin Quliyev ictimaiyyətlə əlaqələr sektorunun müdiri – mətbuat katibi təyin edilib.
1984-cü il təvəllüdlü E. Quliyev Sumqayıt Şəhər 16 saylı orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində isə “Mətbuat tarixi” istiqaməti üzrə magistr təhsili alıb. 2006-2007-ci illərdə Silahlı Qüvvələrdə hərbi xidmət keçdikdən sonra Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin (AzTV) İnformasiya Proqramları Studiyasında müxbir vəzifəsində fəaliyyətə başlayıb. Eyni zamanda elektron və çap mətbu orqanlarında müxtəlif janrlı  məqalələrlə də çıxış edib. Ailəlidir, 3 övladı var
Facebook Şərhləndirmə:

Şərhinizi yazın