Menu
Geri İrəli

Sumqayıtlı jurnalist Ali Media Mükafatına layiq görüldü

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyul 2016 • Baxış sayı: 723 dəfə • 1 şərh

aidaAzərbaycan Mətbuat Şurası 2016-cı il üçün Ali Media Mükafatı laureatlarının adlarını açıqlayıb. sumqayitxeber.com xəbər verir ki, mükafatçılar arasında sumqayıtlı jurnalist-publisist Aida Eyvazova da var. 

 Xatırladaq ki, hər il 22 iyul Milli Mətbuat Günündə təqdim olunan mükafatın 3 dərəcəsi var. Birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilib.

Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə laureatların hər birinə 1000, 2-ci dərəcəsi üzrə 2000 manat pul təqdim edilir. 1-ci dərəcə üzrə laureat isə 5000 manat pulla mükafatlandırılır.

Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə – Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif edilibər:

Seyfəddin Hüseynli, “525-ci qəzet”in baş redaktor müavini;

Azər Ayxan, “Yeni Müsavat” qəzetinin baş redaktor müavini;

Aida Eyvazova, jurnalist-publisist;

Rəfiqə Sadıqova, “Gəncənin səsi” qəzetinin baş redaktoru;

Rəşid Hüseynov, jurnalist-publisist.

Ali Media Mükafatının 2-ci dərəcəsi üzrə laureatlar:

Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri – Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə təltif edilib;

Müsəllim Həsənov, Bakı Media Mərkəzinin redaktoru – Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureat – qalib:

Sona Vəliyeva, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru – Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə təltif edilib.

Qeyd edək ki, Sona xanım Vəliyeva Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşıdır.

Laureatlara mükafatlar bu gün – 22 iyul 2016-cı il tarixdə milli mətbuatımızın 141 illiyi ilə bağlı “Altun saray” restoranında keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.

 

Facebook Şərhləndirmə:

“Sumqayıtlı jurnalist Ali Media Mükafatına layiq görüldü” yazısına bir cavab

  1. niyaz muellim deyir:

    Aida xanim, Sizi urekden tebrik edirem. Siz coxdan buna layiq idiniz.Niyaz muellim,Sumqayit ,16 nomreli mektebin direktoru.

Şərhinizi yazın