Menu
Geri İrəli

Sumqayıtlı rejissor “Xüsusi təyinatlı İbad” filminin Türkiyədə olan premyerasından təəssüratlarını bölüşüb (FOTOLAR)

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2016 • Baxış sayı: 3,224 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Bayraq ordeni ilə təltif olunmuş Qarabağ qazisi İbad Hüseynova həsr olunmuş “Xüsusi təyinatlı İbad” filminin Ankara şəhərində təqdimatı keçirilib. Qeyd edək ki, filmin quruluşçu rejissoru Natiq Novruzov, rejissoru və aktyorlar üzrə rejissoru UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu, quruluşçu operatoru Rövşən Quliyev, texniki direktoru Səbuhi Əhmədov, baş prodüseri Rəşad Nuri, ssenaristi Vüsal Nuru, baş rolun ifaçısı isə Elçin Məmmədlidir. Ekran əsərinin təqdimatı çərçivəsində Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu və AK Partiyası, Ordu millət vəkili, Yerli Düşüncə dərnəyinin başkanı Mətin Gündoğdu ilə də görüşlər olub. Film tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Filmin rejissoru Elman Telmanoğlu Xeberle.com-a səfər təəssüratlarını bölüşüb. O söyləyib ki, ssenari üzrə olayların böyük hissəsi erməni tərəfdə baş verir və baş qəhrəman kəşfiyyatçı İbad Hüseynovun düşmənə vurduğu sarsıdıcı zərbələrdən onların neçə çaşqınlığa düşməsi nümayiş olunub. Həmçinin Qarabağ müharibəsində Azərbaycanın təkbaşına ermənilərdən savayı həm də dünyanın supergüclərinə qarşı mübarizə aparması, ermənilərin əsrlərimizin orqanlarını çıxardaraq xarici ölkələrə satması və bu biznesin başında Monte Melkoyanın durması da göstərilib. Bütün bunlar əksər Türkiyə ictimaiyyətinin və filmin premyerasında iştirak edənlərin bilmədiyi faktlar olduğu üçün ekran əsərini daha da maraqlı edib. Xatırladaq ki, rejissor, prodüser Elman Telmanoğlu sumqayıtlıdır, UNEC Yaradıcılıq Mərkəzinin direktorudur.
Xeberle.com

Sumqayıtlı rejissor “Xüsusi təyinatlı İbad” filminin Türkiyədə olan premyerasından təəssüratlarını bölüşüb (FOTOLAR)

Sumqayıtlı rejissor “Xüsusi təyinatlı İbad” filminin Türkiyədə olan premyerasından təəssüratlarını bölüşüb (FOTOLAR)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın