Menu
Geri İrəli

Tahir Mirkişili: Regional təhlükəsizlik məsələlərində Azərbaycan-İran münasibətlərinin uzlaşdırılması mühüm hadisədir

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2017 • Baxış sayı: 474 dəfə • Şərh yoxdur

tahir mirkisli«Azərbaycan-İran əlaqələri sürətlə inkişaf edir. Həm iqtisadi, həm siyasi, həm də beynəlxalq əməkdaşlıq müstəvisində böyük irəliləyişlər var. Keçən il iki dövlət arasında ticarət dövriyyəsi 2 dəfəyə yaxın artıb, İran Azərbaycana dərman və avtomobil istehsalının təşkili üçün investisiya yatırmağa başlamışdır. Eyni zamanda Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadıb». Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, müştərək Azərbaycan-İran komissiyasının aktiv fəaliyyəti mühüm nəticələr əldə etməyə səbəb olub. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsləri ilə yaradılan Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə üçtərəfli əməkdaşlıq formatı səmərəli şəkildə region ölkələri üçün öz nəticələrini verməkdədir. Bu dəfəki səfər zamanı prezidentlər yeni bir üçtərəfli əməkdaşlır formatının – Azərbaycan-İran-Gürcüstan formatının yaradılmasını müzakirə ediblər.

«Şimal-Cənub nəqliyyat dəhlizini tam işə düşməsi üçün Astara-Rəşt dəmiryolunun tikintisinə Azərbaycanın da iştirakı ölkəmizin tezliklə bu dəhlizin tam fəaliyyətinə verəcəyi mühüm töhvə olacaq. Xəzər dənizində əməkdaşlığın davam etdirilməsi, regional təhlükəsizlik məsələlərində Azərbaycan-İran münasibətlərinin uzlaşdırılması mühüm hadisədir və Azərbaycan Prezidentinin bütün bu məsələləri İran tərəfi ilə qarşılıqlı əməkdaşlıq şərklində müzakirəsi bu səfərin əsas məqsədlərində biri idi və fikrimizcə, görüş yüksək məhsuldarlığı ilə yadda qaldı»- deyə, T.Mirkişili vurğulayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın