Menu
Geri İrəli

Təmayül siniflərində təhsil ödənişli olacaq? – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2017 • Baxış sayı: 435 dəfə • Şərh yoxdur
Share Button

tehsilnazirliyiTəmayül siniflərində dərs prosesinə ilk olaraq repetitorların cəlb ediləcəyi və bununla da təmayül siniflərində təhsil alacaq şagirdlərin bu təhsilin müqabilində ödəniş etməli olacaqları ehtimal olunur.

Təmayül siniflərindən kənarda qalan adi siniflər üçün isə prosedur ödənişsiz olacaq.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib ki, təmayül siniflərində təhsilin ödənişli olması ilə bağlı söylənən fikirlər həqiqətə uyğun deyil: “Təbii ki, təmayül siniflərinə peşəkar fənn müəllimləri cəlb olunacaq. Lakin bu prosesdə şagirdlərdən hər hansı ödənişin tələb olunacağı həqiqətə uyğun deyil”.

A.Əhmədovun sözlərinə görə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.19-cu maddəsinə əsasən, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur.

Təmayül siniflərinə şagirdlərin qəbul qaydalarını da açıqlayan qurum rəsmisi deyib ki, şagirdlər həmin siniflərə meyl və maraqları, istedad və qabiliyyətləri nəzərə alınmaqla qəbul ediləcəklər: “Tam orta təhsil səviyyəsində şagirdlərin sayı imkan verdikdə (hər sinifdə 20 şagirddən az olmamaqla) onlar arzu və istəkləri nəzərə alınaraq təmayül istiqamətləri üzrə qruplaşdırılacaqlar. Bir məktəbdə şagirdlərin sayı təmayül siniflərinin yaranmasına kifayət etməzsə, yaxınlıqdakı bir neçə məktəbin şagirdlərinin hesabına təmayül siniflərinin yaradılması nəzərdə tutulur”.

A.Əhmədov əlavə edib ki, təmayül təşkil olunacaq məktəbin seçilməsi zamanı, ilk növbədə, həmin məktəbin digər məktəblər içərisində daha əlverişli coğrafi mövqeyə malik olması, yol infrastrukturunun əlverişliliyi nəzərə alınacaq. Bununla yanaşı, buraxılış və qəbul imtahanlarında yüksək nəticələri olan, peşəkar və təcrübəli müəllimləri olan məktəblərə daha çox üstünlük veriləcək. Hazırda bununla bağlı yerli təhsili idarəetmə orqanları tərəfindən zəruri təhlillər aparılır, təkliflər hazırlanır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın