Menu
Geri İrəli

Tibb dünyası TƏŞVİŞDƏ: İtaliyalı cərrah, “qorxulu” əməliyyatı edə biləcəkmi?

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2017 • Baxış sayı: 635 dəfə • Şərh yoxdur
Share Button

rggtgt1509090670Ötən il italiyalı cərrah Sercio Kanavero ölü donorun bədəninə insan başını köçürən ilk insan olacağını vəd edərkən, bu, böyük bir səs-küyə səbəb olmuşdu. Bəli, o, dünyada ilk dəfə olaraq, insanda baş köçürməsi (məsələyə necə baxmağınızdan asılı olaraq, bədən köçürməsi də ola bilər) əməliyyatını yerinə yetirmək niyyətindədir.

Həqiqətən də, onun ilk bəyanatından təxminən bir il vaxt keçib. Başqa mütəxəssislərin bunun yalnız PR fəndi və ya oyun olduğunu (ən yaxşı halda) iddia etmələrinə baxmayaraq, italyan neyro-cərrah hələ də öz sözünün üstündə dayanır.

Bəziləri hətta bunun “Metal Gear Solid”in (kompüter oyunları) reklamı üçün nəzərdə tutulmuş qurama bir iş olduğunu ehtimal edirlər.

Sonuncu iddia həkimin həmin oyunun əsas qəhrəmanlarından birinə həddən artıq bənzəməsi ilə bağlıdır. O da qeyd olunmalıdır ki, bu ehtimalı dəstəkləmək üçün bundan başqa kifayət qədər dəlil yoxdur.
Doğrusu, bu hadisə dramatizmlə və sensasiyalı reklamlarla zəngindir. Bu qarışıqlıq o qədər dərinləşmişdi ki, məhkəmə prosesləri haqqında şayiələr hər yerə yayılmışdı. Ancaq Kanavero qətidir və bu cəhdin hansısa məqamda edilməli olmasında israrlıdır. O zaman niyə indi olmasın? Əlbəttə əks fikirlər olacaq.
“Bəşər tarixi sınaq və səhvlərlə doludur. Ancaq biz xəyalpərəst olmalıyıq. Əgər xəyalın yoxdursa, heç bir yerə gedib çıxa bilməzsən. Məni bir az dəli adlandıra bilərsiniz. Başıxarab da. Eləyəm! Hər şeyi dəyişmək istəyirsənsə, belə olmalısan,”- Kanavero “The Guardian”-a verdiyi mühasibəsində belə bildirib.
Kanavero belə cəsarətli addımların elmi araşdırmaların ayrılmaz tərkib hissələri olduğunu bildirib. Onun fikrincə, cəmiyyətin işi başıxarabları super başıxarablardan ayırd etməkdir.
“Yəqin ki, bunu yalnız dəlilikdən sonra bilmək olar” – o əlavə edib.

Keçən il Amerika Nevroloji və Ortopedik Cərrahlar Akademiyasının illik yığıncağında Kanavero ABŞ cərrahlarını özünün baş transplantasiyası komandasına cəlb etməyə çalışırdı. Və indi görünən budur ki, o, öz işində xeyli irəli gedib. Özünün bildirdiyinə görə, o, Çindən, Cənubi Koreyadan və Rusiyadan cərrahlar komandası toplayıb. Onların hamısının gözlədiyi tək şey özünütəsdiqdir və bir də, pul.

Onun həmkarı Çinin Harbin Tibb Universitetindən Dr. Ksiaopinq Ren bəyan edir ki, o, yanvar ayında bir meymunun başını başqa meymuna yerləşdirməyə müvəffə olub. Lakin 20 saatdan sonra, o, “etik səbəblərlə” evtanaziya edilib.
Diqqəti çəkən odur ki, onurğa beyni faktiki olaraq birləşdirilməmişdi (bu, belə bir əməliyyatın insan üçün həyatverici olması barədə mühüm suallar yaradır).
Bütün diqqətlərin “Verdnig-Hoffman” xəstəliyindən əziyyət çəkən rusiyalı könüllü Valeri Spiridonovun üzərində cəmlənməsinə baxmayaraq, Kanavero indi açıqlama verir ki, ilk baş transplantasiyası əməliyyatından keçəcək şəxs çinli xəstədir.
“Biz Çində köçürmə əməliyyatı üçün 2017-ci ilin Milad bayramı ərəfəsində bir tarixi nəzərdə tuturuq. Çin komandası texnologiyanı təkmilləşdirmək üçün artıq insan cəsədləri üzərində təcrübələr aparıblar.”

Heaven? Yəqin ki, yox

Bu sahədə çalışan alimlərin çoxu mübahisə edir ki, onurğa beyni problemləri ilə bağlı irəliləyişlərə baxmayaraq, hazırda baş köçürməsi imkansızdır. Son zamanlarda alimlərin onurğa beyni aksonlarını bərpa etməyə necə nail olmaları açıqlanıb. Ancaq bu prosedur da xeyli vaxt aparır və bu ən son dövrün nailiyyətidir….
Və yəqin ki Kanaveronun planlarına daxil deyil.
Çoxları hesab edir ki, cərrahiyyə ölümlə nəticələnəcək. Başqaları qeyd edir ki, bu, ölümdən də ağır nəticələrə səbəb ola bilər; beyinin kimyasında fərqlər xəstəni əzə və əvvəllər heç görülməmiş ruhi xəstəliklərə səbəb ola bilər.

Kanavero bu prosedura “baş anastomoz riski” ( kodlaşmış adı “HEAVEN”) adını verib. Bəs bu həqiqətən belədirmi?

Bu, yeni biliklərə və məlumatlara apara bilər, lakin başqa bir mütəxəssisin qeyd etdiyi kimi, bu, həm də xəstənin ölümünə və (çox böyük ehtimalla) cəsədlər üzərində işləməklə əldə edə bilmədiyimiz məlumatları yenə ala bilməməyimizə səbəb ola bilər.

Taryel ABDULLAYEV

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın