Menu
Geri İrəli

Vəfat edən tankçımız dəfn olundu – Fotolar + Yenilənib

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2016 • Baxış sayı: 451 dəfə • Şərh yoxdur
Share Button

Aprelin 2-də cəbhə xəttindəki döyüşlər zamanı ağır yaralanaraq komaya düşən tankçı Rahim Qara oğlu Tağıyev bu gün səhər saatlarında yerləşdirildiyi hərbi hospitalda dünyasını dəyişib.

Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə öz Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən hərbi qulluqçu, tankçı Rahim Tağıyev ailəsinin istəyi ilə bu gün Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Ülkər, Nihat və Nicat adlı üç uşaq atası olan Rahim Tağıyev 18 il idi ki, Milli Orduda xidmət edirdi.

***

Azərbaycan ordusunun şəhid olan hərbçisi, Tağıyev Rahim Qara oğlu bu gün Mingəçevir şəhərində dəfn edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçi R. Tağıyevin nəşi Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. Şəhidi son mənzilə yola salmaq üçün minlərlə mingəçevirli küçələrə axışıb. Şəhid Rahim Tağıyevin cənazəsi yaşadığı evdən Şəhidlər Xiyabanınadək əllərində Azərbaycanın üçrəngli bayrağı olan minlərlə insanın müşayiəti ilə aparılıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid hərbçi yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.

Qeyd edək ki, R. Tağıyev 1998-ci ildə Şəki şəhərindən hərbi xidmətə çağırılıb. Həmin il aprelin 12-dən hərbi xidmətə başlayıb. 1999-cu il yanvarın 15-dən müdavim kimi, sonra isə tank komandiri vəzifəsində xidmət edib. R. Tağıyev aprelin 2-də cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb, Bakıdakı Hərbi Hospitala yerləşdirilib. Həkimlər R. Tağıyevin sağ qalsa belə, baş nahiyəsindən ağır yaralandığı üçün komadan ayılmayacağını bildirmişdilər. Tankçı aprel döyüşlərindən bu günədək müxtəlif vaxtlarda 3 dəfə cərrahiyyə əməliyyatı edilib, 3 ay 7 gün koma vəziyyətində qalıb. Yaxınlarının sözlərinə görə bir neçə gün idi ki, Rahimin səhhətində yaxşılığa doğru bir az irəliləyiş olub, lakin bu gün səhər saatlarında dünyasını dəyişib. Əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən R. Tağıyevin nəşi ailəsinin istəyi ilə Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Üç uşaq atası olan şəhid hərbçi ailədə 5 qardaş və 3 bacı olub.

Bu gün vəfat edən tankçımız dəfn olundu -  Fotolar + Yenilənib
Bu gün vəfat edən tankçımız dəfn olundu -  Fotolar + Yenilənib
Bu gün vəfat edən tankçımız dəfn olundu -  Fotolar + Yenilənib
Bu gün vəfat edən tankçımız dəfn olundu -  Fotolar + Yenilənib
Bu gün vəfat edən tankçımız dəfn olundu -  Fotolar + Yenilənib
Bu gün vəfat edən tankçımız dəfn olundu -  Fotolar + Yenilənib
Bu gün vəfat edən tankçımız dəfn olundu -  Fotolar + Yenilənib

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın