Menu
Geri İrəli

Virtual dünya: Sadəcə tanışlıq, yoxsa xəyanət? – MÜTƏXƏSSİS FİKİRLƏRİ

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2017 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur

720024Azərbaycanda boşanmaların bəziləri virtual xəyanət səbəbindən baş verir.

Bu gün real həyatda ailəsinə sədaqətli olan əksər kişilər virtual dünyada öz həyat yoldaşlarına xəyanət edir. Onlar real həyatda edə bilmədikləri “qəhramanlıqları” virtual dünyada etməyə çalışırlar. Çox vaxt xanımlar bundan xəbərsiz olur. Xəbardar olanların əksəriyyəti isə nəyinsə xətrinə məsələyə göz yumur. Amma virtual xəyanəti gözardı etməyən xanımlarımız da az deyil.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən vəkil Asif Abdullayev bildirib ki, Azərbaycanda sırf virtual münasibətə görə həyat yoldaşından boşanan xanımlar var.

Onun sözlərinə görə, son dövrlər virtual xəyanət səbəbindən boşanan ailələrin sayı artıb:

“Sosial şəbəkədə xəyanətlə bağlı dəfələrlə müraciət edənlər olub. Bəziləri bu məsələdə sadəcə şübhələndiklərini bildirsələr də, bəziləri həyat yoldaşlarını sosial şəbəkədə başqa xanımlarla danışan zaman yaxaladıqlarını deyirlər. Sosial şəbəkədə xəyanətlə bağlı kişilər də bizə müraciət edib. Hətta onların arasında real həyatda münasibəti olmayan, sırf virtual danışıqlarına görə həyat yoldaşından boşanan xanımlar da olub. Virtual xəyanətlə bağlı müraciət edənlərin heç də hamısı cavan ailələr deyil. Ortayaşlı ailələrdə də belə hallar müşahidə edilir. Amma bu trendin nisbətən gənc ailələr arasında üstünlük təşkil etdiyini demək olar”.

Məsələ ilə bağlı Metbuat.az-a münasibət bildirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, başqa qadınlarla yazışan evli kişilər öz həyatına, ailəsinə, övladlarının gələcəyinə məsuliyyətsiz yanaşırlar. Burada əsasə məsələ cəlb etmə, inandırma ilə bağlıdır. Bu səbəbdən əksər hallarda kişilər virtual dünyada evli olduqlarını bildirmirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın