Menu
Geri İrəli

“WhatsApp”da yeni fırıldaq – EHTİYATLI OLUN!

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Avqust 2017 • Baxış sayı: 536 dəfə • Şərh yoxdur

a92e4b627a996f7cd16cb8bd55d719a6Fırıldaqçılar “WhatsApp”da istifadəçilərə abunəni uzatmaq barədə saxta tələb göndərməyə başlayıb.

İKT.lent.az-ın xəbərinə görə, naməlum şəxslər özlərini messenerin əməkdaşı kimi təqdim edərək insanlardan öz ödəniş məlumatlarını daxil etməyi tələb edirlər, əks halda isə onların “WhatsApp”a girişini məhdudlaşdıracaqlarını bildirirlər.

Ödəniş etmək üçün fişinq istinadlara keçmək və fırıldaq məqsədilə yaradılmış saytda bank kartlarının məlumatlarını daxil etmək istənilir. Bundan sonra fırıldaqçılar qurbanların hesabından pul çıxarır.

Qeyd edək ki, “WhatsApp” həqiqətən messencerdən pullu istifadə modelindən istifadə edib. Lakin 2016-cı ilin yanvarında bundan imtina edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın