Menu
Geri İrəli

Yağış yağacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Aprel 2016 • Baxış sayı: 114 dəfə • Şərh yoxdur

havaAprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 7-10,  gündüz 15-20 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 7-12,  gündüz 15-20, dağlıq rayonlarda gecə 0-5,  gündüz 9-14 dərəcə isti,  yüksək dağlıq ərazilərdə gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın